Braziliya A seriyasında yeni mövsümə start verilib.
QOL.az xəbər verir ki, ilk turun matçında “Flamenqo” “Marakana” stadionunda “İnter”i qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qolları B.Enrike (34, “İnter”) və L.Pereyra (54, “Flamenqo”) vurublar.
“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Juninyo əsas heyətdə yer alıb. O, 89-cu dəqiqədə Qonsalveslə əvəzlənib.
28 yaşlı hücumçunun bir neçə qol imkanı olub. Xüsusən 12-ci dəqiqədə o, qapıçı ilə təkbətək çıxsa da, yazfaizli imkanı dəyərləndirə bilməyib. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyib. Beləliklə, A seriyasındakı debüt matçında eks “Qarabağ”lı fərqlənmək imkanını qaçırıb.
Martçdan sonra Juninyo jurnalistlərə verdiyi açıqlamada həmin epizod haqda danışarkən özünü tənqid edib. “Fikirləşdim ki, top dirəyə dəyib qapıya daxil olacaq. Qapıçının mövqeyinə görə. Bu, mənim səhvim idi. Etməməli idim. Amma futbolda belə şeylər olur” - deyə o bildirib.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər