"Maraqlı oyun oldu. İki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı idik. İkinci hissədə sonuncu ötürmələr alınmadı. Heç nədən qol buraxdıq. Bilirdik ki, rəqibin ucaboy futbolçuları var, standart vəziyyətlərdən istifadə edəcəklər. Belə də oldu. Bu gün qələbə qazana bilsəydik, turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdıra bilərdik. Çempionatın daha maraqlı hissəsi hələ qabaqdadır".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 28-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Neftçi"ni məğlub edən, "Qarabağ"la heç-heçə oynayan "Kəpəz" niyə "Səbail"ə qalib gələ bilmir?
- Həmişə turnir cədvəlində rəqibimiz olan komandalarla oyunlarda psixoloji gərginlik olur. Uduzmaq, xal itirmək istəmirsən. Komanda "Neftçi", "Qarabağ", "Sabah"la daha rahat oynayır. Məncə, sırf psixoloji problemdir.
- Mövsümün sonuna az qalmış müdafiəçi transfer etdiniz. Bu, nə ilə bağlıdır?
- Bizim mərkəz müdafiəçisi mövqeyi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımovu zədəli halda meydana buraxdıq. Bir oyunçunu itirəndə böyük rotasiyalar edə bilmirik. Yerli oyunçu sarıdan da problemlərimiz var.
- 90 dəqiqəni eyni tempdə keçirməyə nə mane olur?
- Əslində 90 dəqiqəni eyni tempdə keçirmişik. İkinci hissədə rəqibin hücuma atılacağını bilirdik. Buna görə də əks-hücumda oynamaq istəyirdik. Sadəcə əks-hücumlarda incə ötürmələr çatmadı.
- Yeqor Xvalkonun ehtiyatda qalması nə ilə bağlı idi?
- İlkin Qırtımov "Qarabağ"la matçda yaxşı təsir bağışladı. Həftəni də yaxşı keçirmişdi. Böyük dəyişikliklər etmək istəmədik. "Qarabağ"a qarşı yaxşı müdafiə olunduq.
- Bu, Xvalkoya psixoloji cəhətdən mənfi təsir edə bilər?
- Xvalko neçə ildir komandamızın üzvüdür. Yerli oyunçu yoxdur deyə rotasiyalar etməyə çalışırıq. İlkini start heyətində oynatmaqla irəli xətdə legioner oynada bilirik. Qabağa yerli futbolçulardan kimisə qoysaq, hücum rəngarəng olmayacaq.
- Sizcə, 8 tura 5 xallı fərq aradan qalxa bilər?
- Elə də böyük fərq deyil. İki oyun uduzsaq, rəqib isə qələbə qazansa, yerlər dəyişir. (sportal.az)
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
Gözlənilən derbi günü gəldi
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu