Milli komandamızın kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Tarixi qələbə qazandınız...
- Oyun gözlədiyimiz kimi başlamadı. Erkən qol vurduq. İlk 15 dəqiqədə ehtiyatlı olub, sonra öz oyunumuzu oynamaq planımız var idi. Erkən qol bizi daha da ehtiyatlı oynamağa vadar etdi. Qoldan sonra rəqibimiz daha da hücuma atıldı ki, biz oyunumuzu müdafiədən qurmağa məcbur olduq. Əsas odu ki, komanda sona qədər vuruşdu, heç kim qorxmadı, çəkinmədi. Rəqibin heyətində səviyyəli futbolçuların sayı çox idi. Əsas odur ki, sona qədər dözdük və qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr bizə nümunədir ki, döyüşə-döyüşə, yaxşı mübarizə aparırlar. Bu gün də bizə üç xal lazım idi və bunu da mübarizə sayəsində qazandıq.
- İkinci qola da yaxın idiniz...
- İmkanlarımız var idi. Əsas üç xaldı idi ki, onu da qazandıq.
- Qarşıda Çexiya ilə çətin oyununuz var.
- Ən böyük problem o olacaq ki, üç gün sonra oynayacağıq. Özünüz də bilirsiniz ki, əvvəlki oyunlarda bizdə problemlər olmuşdu. Böyük ehtimalla məşqçilər də bu barədə düşünürlər. Yəqin məşqçimizin də atdığı addımlar olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, oyuna hazır olaq.
- İlk hissədə epizodların birində zədə aldın. Deyəsən, baş məşqçi səni əvəzləmək istəyirdi, ancaq sən istəmədin.
- Bir az ağrılarım oldu. Ancaq zədə önəmli deyil. Oynamışıq, başa vurmuşuq və bundan şikayət etmək istəmirəm.
- Ramil Şeydayevin oyununu necə dəyərləndirirsən?
- Şeydayev oyuna fəal girdi. Hətta qol epizodları da var idi. O, bu gün öz ustalığını göstərdi. Bu, bizim üçün sevindirici haldır.
- Səncə, Şeydayevdə çatışmayan cəhət nədir?
- Onun yaşını nəzərə almaq lazımdır. Fikirləşirəm ki, Şeydayev gələcəkdə bizim üçün önəmli futbolçulardan biri olacaq.
- Stadionun ot örtüyündən razı qaldınız?
- Ağır idi. Bilirdik ki, yeni ot örtüyüdür və belə olacaq. Şükür ki, bu durum qol vurmağımıza mane olmadı.
Məftun MAHİROĞLU
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”