"Çempionatın startı münasibətilə futbolsevərləri təbrik edirik. İlk oyun. üstəlik "Neftçi" ilə görüş ağır keçir. Ümumilikdə komandamdan razı qaldım".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının ilk turunda "Neftçi" ilə oyundan (0:2) sonra deyib.
Baş məşqçi görüş haqda bunları bildirib:
"Futbolçularda ilk oyun həyacanı hiss olunurdu. Komanda mübarizə apardı. Qarşıda çətin oyunlarımız var. Düşünürəm ki, bu ilki heyət bir az oturuşmuşdur. Bir neçə futbolçu cəlb etmişik və onlar komandaya uyğunlaşır. Ruslan Əmircanovun təcrübəsi var. Ancaq yeni gələnlərin hamısını ilk hissədə meydana buraxmaq olmur. Onun fiziki durumu 90 dəqiqə oynamağa imkan vermədi. Hücum xəttini düşünürdük. Hər bir futbolçunun meydançada işlətdiyi ifadə və hərəkətinə hörmətlə yanaşıram. Belə oyunlarda emosiya çox olur. Belə olanda hər bir söz işlətmək olar. Sayılmayan qolumuz oldu. Hakim nə olduğunu daha yaxşı gördü. Bizim buraxdığımız qola gəlincə, Elşadın o qədər də təcrübəsi yoxdur. Bəlkə də oynayanda belə olmamışam, amma çox emosionalam. Bəlkə də bunlar bir təcrübədir. Zamanla elə komandada işləyə bilərəm ki, belə emosiyalar olmasın. Klubun vəziyyəti göz qabağındadır. Bəlkə də büdcə baxımından elə səviyyəli futbolçular gətirəcəm ki, daha rahat olsun. Bizim kimi hakimlərin də səhvi olur. Elə epizodlar olur ki, səhv hər iki komandaya qarşı olur".
"Başqasının işini təhlil etmək zamandır. Futbolu hamı oynaya bilmir, amma hamı analiz edir. Mənim iki hücumçum var - Röyal və Canalidze. "Neftçala" mayda dağıldı, Canalidze səkkiz gündür ki, bizim heyətə qoşulub. Onu necə meydana buraxım? Məcburuq. Bu məbləğə hansı səviyyəli futbolçu gətirə bilərik? Canalidzeyə min manat maaş veririk. Mənim bugünkü hədəfim 4, 5 və 6-cı pillədir. Bacardığımız qədər oynayacağıq. İlk üç pillə desəm yalançı olaram. Bütün futbolçular öz optimal formasını yığandan sonra daha yaxşı AZAL görəcəksiniz. Aşağı dəstədən gələn futbolçuları divizion psixologiyasından çıxarmaq çətindir. Röyalın bəzi epizodlarda soyuqqanlı olması məni sevindirir, ancaq bizə vaxt lazımdır. Təbii ki, onun özünün də istəyi olmalıdır. Ruslan cəzalandı, nəticədə əvəzedici heyətə göndəriləcək. Orada necə oynayacaq, ona məşqçilər nəzarət edəcək. Rəqibə qarşı tərbiyəsizlik etmək, komandaya qarşı hörmətsizlik etməkdir. Digər epizodlarda futbolçuya heç nə deyə bilmərəm. Ancaq belə epizodlarda cəzalanmalıdır".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi