Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları ciddi problemlə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Xəzər-Lənkəran» və adını hələ dəqiqləşdirə bilmədiyimiz başqa bir klubumuzun qaldığı otellərin zirzəmisini su basıb. Bu səbəbdən komandanın üzvləri, eləcə də turistlər Belek şəhərinə köçürülüblər. Ağdəniz Turistik Otelçilər Birliyinin başqanı Sururi Çorabat otellərin zərərinin 15 milyon avro olduğunu söyləyib.
Onun sözlərinə görə, güclü yağış səbəbindən «Can Garden», «Club Belinda», «Xante Resort», «Hane Garden», «Grand Şeker», «Monacus», «Aydınbey» kimi böyük otellərin zirzəmisini və birinci mərtəbələrindəki otaqları su basıb. “Bu otellərin birində «İstanbul böyük şəhər bələdiyyəspor» və iki Azərbaycan komandası qalırdı. Bu komandaların oyunçuları Bələkdəki otelləri, digər müştərilər isə başqa otellərə köçürülüb».
Yaransmış problemlə bağlı az əvvəl «Xəzər-Lənkəran»ın rəsmi saytı açıqlama yayıb. Məlumatda qeyd edilir ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” gözlənilməz çətinliklə üzləşib: «Antalyanın Manavqat qəsəbəsində yerləşən yeddi otelin, o cümlədən komandamızın məskunlaşdığı “Xante Resort”un birinci mərtəbələrini su altında qoyub.
Hazırda komandamız gündə iki dəfə olaraq məşq edir. Baş məşqçi İqor Ponomaryov əsasən bərpaedici məşqlərə üstünlük verir və futbolçuların fiziki vəziyyətlərini yaxşılaşdırmağa çalışır: «Çox şadam ki, uşaqlar həvəsli görünürlər. Gündə iki dəfə məşq edirik - səhər saat 9.30-da və nahardan sonra - saat 15.30-da. Axşamlar isə futbolçularla söhbət edirəm və onları daha yaxından tanımağa, psixoloji durumlarını öyrənməyə çalışıram. Həftəsonu ilk sınaq matçına çıxmağı planlaşdırmışıq”.
Lakin Ponomaryov onu da qeyd edib ki, otelin “Xəzər Lənkəran” üçün ayırdığı futbol meydançasını da su bərbad hala gətirdiyindən hazırda ondan istifadə etmək mümkünsüzdür. Məhz bu səbəbdən həftəsonuna planlaşdırılan yoxlama oyunu keçirililməyə bilər
Komandanın rəisi Səməd Mustafayevin verdiyi məlumata görə, oteli dəyişmək variantı yaranıb və böyük ehtimalla, “Xəzər Lənkəran” məskunlaşdığı yeri dəyişəcək.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki