Bu günlərdə Ağdamın «Qarabağ» klubuyla müqavilə bağlayan Bakının «Neftçi» klubunun sabiq müdafiəçisi Elnur Allahverdiyev Qol.Az saytına müsahibə verib.
- Hans Gede səni “Neftçi”dən konkret olaraq nəyə görə kənarlaşdırıb?
- Gede komandaya gəldiyi ilk gündən tam başqa cür futbol siyasəti apardı, komandada köhnə futboçuları sıxmağa başladı. Səbəb kimi də onu göstərirdi ki, artıq həmin heyət köhnəlib və bu tərkiblə uğur əldə etmək olmaz. Mən indiyə kimi görməmişəm ki, çempionluq uğrunda mübarizə aparan komanda birdən-birə 7-8 təcrübəli futbolçunu klubdan uzaqlaşdırmaqla və onların yerinə gənc, elə də çox təəcrübəsi olmayan futbolçularla nəsə əldə edə bilsin. Bunu «Neftçi»nin turnir cədvəlindəki mövqeyi də göstərir. Komandanin bugünkü durumunun bir nömrəli günahkarı Gededir. Mən eşitdiyimə görə, o, “Özbəkistan klublarının birinin də başına bu oyunu gətirib. Hətda özbəklər onu döyüb komandadan qovublar. Ondan heç uşaq məşqçisi də olmaz. Gedenin futbol barəsində heç bir anlayışı yoxdur, o, futbolçularla dil tapmağı bacarmırdı.
- Bildiyimiz kimi, Qurban Qurbanovun rəhbərliyi altında “Neftçi” də oynamısan və sözsüz ki, “Qarabağ”a gəlməyində bu amil əsas rol oynayıb. Bundan başqa, başqa nəyə görə Ağdam klubunu seçdin?
- Mənə “Qarabağ” komandasından başqa 3-4 yerli klubdan da təklif gəlmişdi. Ancaq sözsüz ki, Qurban Qurbanov amilinin bu məsələdə çox rolu oldu. Bu gün “Qarabağ”ın həm kuboku qazanmağa şansı var, həm də çempion olmaq imkanlarını qoruyub saxlayır. Bu, da mənim «Qarabağ»ı seçməyimdə əsas rol oynadı. Bir də onu deyim ki, subyektiv düşüncəmə görə, “Neftçi”dən sonra köklü klub “Qarabağ”dır .Komandaya hər cür şərait də yaradılıb. Birinci dövrənin sonlarında komanda öz oyununu tapdı. İnanıram ki, bunun ardı gələcək.
- Xarici klublardan da təkliflər almışdın. Legionerlik həyatı yaşamağına nə mane oldu?
- Bəli, mənə Ukraynanın bir klubundan təklif var idi. Demyonenko mənə demişdi ki, hansı komandaya getsəm səni də özümlə aparacam. Ancaq artıq mənim gözləməyə vaxtım yoxuydu. Çünki klublar məşqlərə başlamışdı. Ola bilərdi ki, heç həmin komanda da məni öz heyətinə götürməyəydi. Mən məşqsiz qala bilərdim, onsuz da iki aydır oynamıram, 4-5 kiloqram çəki artırmışam. Bunu aradan qaldırmaq üçün qəti qərar verməliyidim. «Qarabağ»ı seçdiyimə görə peşman deyiləm. İnşallah, gələcəkdə xarici klublarda çıxış edəcəm öz gücümü ortaya qoyacam.
- Əsas heyətdə yer almaq sənin üçün çətin olmayacaq?
- Komandada hansı oyunçu daha gücl və və yaxşı formadadırsa, əsas heyətdə oynayacaq. Mən peşəkar kimi hansı kluba seçirəmsə özümə əmin olduğum üçün ora gedirəm. “Qarabağ” komandasına da əsas heyətdə oynamaq üçün gəlmişəm, ehtiyatda oturmaq üçün yox.
- Legioner limiti bu ildən ləğv olunub. Səncə, bunun ölkə futboluna xeyiri və zərəri var?
- Mən limitin ləğv olunmasına çox pis baxıram.Gələn il bu limit tətbiq olunmalıdır. Çünki yerli futbolçular kənarda qalırlar.
- Bəlkə rəqabət aparmağı bacarmırlar?
- Xeyr, mən elə fikirləşmirəm. Əgər bu gün bir ölkənin milli komandasında əcnəbi futbolçular oynayırsa, bu halda hansı inkişafdan danışmaq olar? Milli komandada oynamağa kifayət qədər güclü olan futbolçular var , amma onları ya görən yoxdur, ya da görmək istəmirlər. Azərbaycana gətirilən əcnəbi futbolçular yerli futbolçulardan ən azı 2-3 dəfə güclü olmalıdır. Ancaq bizdə belə deyil. Ona görə də orta səviyəli yerli futbolçularımız itib-batacaqlar. Heç olmasa, legionerlərlə bağlı ən azı 5+2 sistemi tədbiq etmək lazımdır.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər