"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem Topaz Premyer Liqanın 30-cu turunda səfərdə "Neftçi"yə qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi ilk olaraq oyun haqda fikirlərini bildirib
- "Neftçi” aşağı pillələrdə yer almasına baxmayaraq, çox güclü komandadır. Bizə qarşı da hər zaman yaxşı oynayırlar. Düşünürəm ki, çox vacib qələbə qazandıq. Yolumuza davam etməliyik.
- İlk hissədə elə də irəli atılmırdınız. Bütün qollar da ikinci hissədə vuruldu. Bunu nə ilə əlaqələndirmək olar?
- İlk hissədə də hesabı açmaq üçün çalışırdıq. Lakin istəyimiz alınmadı. Qol vurmaq üçün imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Fasilədən sonra isə 2 qol vuraraq qələbə qazanmağı bacardıq.
- Artıq çempionluğun "Qarabağ” üçün təmin olunduğunu söyləmək olar?
- Düzdü, bu qələbədən sonra çempionluğa bir qədər də yaxınlaşdıq. Amma qarşıda 6 oyunumuz var. Çempionluğu təmin etmək üçün növbəti oyunlarımızda da qələbə qazanmağa çalışacağıq.
- Bu günlərdə klub prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüş keçirdi. Həmin görüşdə hansı məsələlərdən söz açıldı?
- Son zamanlar Qarabağda baş verən hadisələr barədə danışdıq. Hansı klubda oynadığımızı və hansı adı daşıdığımızı çox yaxşı bilirik. Çox ciddi bir komandanı təmsil edirik. Həm Avropada, həm də Azərbaycanda "Qarabağ”ın adını uca tutmağa çalışırıq.
- Amma legionerlər bu məsələdə fəal deyillər.
- Öz adımdan danışa bilərəm. Məşq prosesində, istirahət vaxtlarında bu mövzuda çox danışmışıq. Hətta sözləşmişdik ki, qol vursaq, sevincimizi əsgər salamı verməklə qeyd edərik. Bu vacib işdi. Bununla Qarabağda döyüşənlərə dəstəyimizi bildirmiş olarıq.
- Olmazmı ki, “Qarabağ” gələn mövsüm ev oyunlarının bir neçəsini Ağdamda keçirsin?
- Bu rəhbərliyin qərarıdı. Əvvəllər orda oynayırdıq. Yenidən Ağdamda oynamağa hazırıq. Ora elə də bərbad halda deyildi.
- Amma futbolçuların bu istəkdə olmadıqları deyilir. Əsas kimi isə Quzanlıda şəraitin yaxşı olmaması göstərilir...
- Əvvəl bəlkə də şərait yaxşı olmayıb. Amma dediyim kimi, rəhbərlik hansı qərarı qəbul etsə, biz bunu yerinə yetirməliyik.
- Azərbaycan millisi Makedoniya ilə yoxlama oyunu keçirəcək. Həmin oyunda millinin heyətində olmaq istəyərdin?
- Təbii ki, buna hər zaman hazıram.
- Həmin qarşılaşmada millilərin şanslarını necə dəyərləndirirsən?
- Hazırda Azərbaycan millisi FİFA reytinqində daha yüksək mövqedədir. Ona görə də düşünürəm ki, millinizin şansı daha çoxdur. Buna baxmayaraq, maraqlı, gərgin qarşılaşma olacaq.
- Daha əvvəl "Qarabağ”ın formasını geyən Muarem yaxşı formada idi, yoxsa indiki?
- Əvvəl daha yaxşı formadaydım. Sonra klubu tərk etdim və bir müddət meydana çıxmadım. Amma hazırda əvvəlki formamı bərpa etmək üzrəyəm.
- Həmin ayrılığa görə peşmansanmı?
- Hər kəs səhv edə bilər. Mən də insanam və səhvim olur. Orda yaxşı olacağını düşünürdüm, amma əksini gördüm.
Ergün SEYİD
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə