Topaz Premyer Liqanın 30-cu turunun mərkəzi qarşılaşmasında səfərdə "Neftçi"nin qonağı olan "Qarabağ" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Qol.az-ın məlumatına görə, gərgin və maraqlı keçən matçdan sonra Ağdam klubunun braziliyalı futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb.
- Bu komandalar arasında baş tutan oyunlar həmişə gərgin keçir. “Neftçi” ilə oyunlarmız heç vaxt asan olmayıb. Birinci hissədə qol vurmaq üçün çox tələsirdik. Bu səbəbdən də topu özümüzdə çox saxlaya bilmirdik. İknci hissədə topla daha yaxşı davranmağa başladıq və istədiyimiz nəticəni əldə edə bildik.
- Sarı vərəqə alaraq cəzalı duruma düşdün. Növbəti turda "İnter”lə qarşılaşmanı buraxmalı olacaqsan...
- Bəli, təəssüf ki, belə oldu. Eyni səbəbdən bu qarşılaşmada da Migel Madera oynaya bilmədi. Növbəti görüşdə də mən oynamayacağam. Amma komandada məni əvəzləyə biləcək çox oyunçu var.
- Reynaldo qol vurduqda çox sevindin. Bunun xüsusi səbəbi varmı?
- Təbii ki, bu Reynaldoya görə idi. Çünki, o, uzun müddət idi ki, zədə səbəbindən yaşıl meydanlardan kənarda qalmışdı. Reynaldo yenidən bizim aramıza qayıdıb. Qısa müddət ərzində əvvəlki formasını bərpa etmək üçün çalışır. Onun qol vurması isə bizi sevindirir.
- Uzun müddətdir ki, Azərbaycanda oynayırsan. Cari mövsümün əvvəlki illərə nisbətən daha asan keçdiyini söyləmək olarmı?
- Mövsümlərin hansının asan, hansının çətin keçdiyini deyə bilmərəm. Əsas odur ki, bizim komandanın əksər üzvləri uzun illərdi bir yerdə oynayır və meydanda bir-birimizi yaxşı başa düşürük. Yeni gələnlər də artıq komandaya tam öyrəşib.
- Amma etiraf edək ki, hazırda "Qarabağ”a müqavimət göstərən komanda yoxdu...
- Yox, deməzdim ki, müqavimət göstərmirlər. Bəzi komandalar bizə çətinliklər yaradır, amma bizim komandada ruh yüksəkliyi var. Baş məşqçi bizi həmişə düzgün şəkildə motivasiya edir və heç vaxt məğlubiyyətlə barışmır. Qurban Qurbanov bizdən həmişə həm bir insan, həm də idmançı kimi ən yaxşısını tələb edir. Bu səbəbdən bizim oyunumuz həmişə yaxşı alınır və uğurlar qazanırıq.
- Sarı vərəqə göstərilən zaman hakimə qarşı qeyri-etik hərəkət etdiniz. Bunun səbəbi nə idi?
- Hakimə qarşı heç bir yalnış hərəkət etmədim. Sadəcə, qol sevincimi "Neftçi” azarkeşləri önündə qeyd etdim. Həmin vaxt bir qədər çılğınlığa yol verdim və "Neftçi”nin qapıçısı Aqil Məmmədovla aramızda bir az gərginlik yarandı. Səhv məndə idi. Sarı vərəqə almağıma baxmayaraq, hakimdən və rəqib qapıçıdan üzr istədim. Qol vurduqdan sonra belə hərəkət etmək lazım deyildi.
Ergün SEYİD
DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu