“Zirə”nin baş məşqçisi Adil Şükürovun Qol.az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 29-cu turunda “Rəvan”a 4:0 hesabı ilə qalib gəldiniz. Sizcə, niyə çempionatımızda bu cür hesablar çox az qeydə alınır?
- Məncə, bunun səbəbi “Qarabağ”ı çıxmaq şərtilə klublarımızın səviyyəsinin eyni olmasıdır. Təbii ki, “Qarabağ” rəqiblərindən seçilir. Elə ötən tur “Kəpəz”in qapısından 4 cavabsız qol keçirdilər. Digər rəqiblərin səviyyəsi isə təxminən eynidir.
- Axı məhsuldar heç-heçələrin də şahidi olmuruq. Bəlkə, komandalarda qol vurmaq problemi var?
- Eyni səviyyəli komandaların qarşılaşmasında minimal hesabların qeydə alınması təbiidir. Klublarımızın sayı da çox deyil. Artıq bütün futbolçular bir-birini tanıyır. Rəqiblərin necə oynadığını bilirlər. Futbolçular rəqib hücumçularının nə edəcəyini yaxşı bilirlər. Düşünmürəm ki, komandaların qol vurmaq problemi var. Gördüyünüz kimi, bu gün AZAL “Kəpəz”ə 3 qol vura bilir.
- Qol vurmaqdan söz düşmüşkən, futbolçunuz Nelson Bonilla ötən oyunda het-trik etdi. Ümumiyyətlə, Premyer Liqanın bombardiri “Zirə” üçün nə dərəcdə faydalıdır?
- Kollektiv oyunda hansısa futbolçunu fərqləndirmək düzgün olmaz. Biz komanda oyunu ilə uğur qazanırıq. Təbii ki, qələbələrimizdə Bonillanın əməyi böyükdür. Ancaq onun vurduğu qollarda bütün futbolçularımızın rolu var.
- Artıq Bonilla ilə maraqlanan klublar var. Futbolçu özü bu barədə açıqlama verib.
- Bonillanın fikri ancaq “Zirə”də olmalıdır. Onunla söhbət etmişik. Müqaviləsində olan öhdəlikləri tam yerinə yetirməlidir. Bu günə qədər Bonilla üzərinə düşənləri edib. Hücumçunun işi qol vurmaq və komandanı irəli aparmaqdır. Bonilla da bunu bacarır.
- Komandanız avrokuboklarda çıxış edə bilməsə, yəqin ki, Bonilla sərfəli təklif aldığın klubların biri ilə razılaşacaq.
- Bu gün biz çalışırıq ki, ilk növbədə avrokuboklar zonasına düşək. Medalçılar sırasına düşəndən sonra avrokuboklarda oynayıb-oynamayacağımıza aydınlıq gələcək. Hələ ki, mövsümün sonunu gözləyirik. İlk növbədə ikinci yerdə möhkəmlənmək üçün çalışmalıyıq. Ümid edirik ki, bürünc medalı qazansaq, Avroliqada da çıxış edərik.
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA-nın “Zirə”yə kömək edəcəyinə və komandanın avrokuboklara buraxılacağına inandığını bildirib.
- Biz iki ildir AFFA-nın bayrağı altında keçirilən çempionatda çıxış edirik. Ancaq UEFA-nın baş katibi bəzi nüanslar haqda da danışıb. Yəni avrokuboklarda iştirak etmək şansımız qalır. Biz həmin nüansları AFFA ilə müəyyənləşdirəcəyik. Avrokuboklara vəsiqə qazansaq, AFFA tərəfindən hər hansı bir qərar veriləcək.
- Gələn mövsüm üçün komandada dəyişikliklər çox olacaq?
- Hər bir komandanın daim yüksəlməyə ehtiyacı var. Bizdə də belə olacaq. Yəqin ki, müəyyən dəyişikliklər olacaq. Bu gün isə sırf çempionatdakı oyunlara köklənmişik.
- Bonilla mayda “Zirə”ni tərk etsə, onun səviyyəsində olan hücumçu gətirmək mümkün olacaqmı?
- Bir dəfə olubsa, niyə də ikinci dəfə olmasın? Həmişə seleksiya işlərində diqqətli olmuşuq. Bu mövsüm bizim üçün yaxşı təcrübə oldu. Gələn mövsüm təcrübəli komanda kimi işimizi daha dəqiq görərik.
- Kapitan Rəşad Abdullayev adətən meydana sonradan daxil olur. Onun 90 dəqiqə oynamaması yaşı ilə əlaqədardı?
- Belə deməzdim. Rəşad əksər oyunlarda meydana çıxır və komandaya böyük fayda verir. O, yeni komandanın kapitanıdır. Öz təcrübəsi ilə kollektivə kömək edir. Biz daima fikirləşirik ki, hansı futbolçu hansı oyunda özünün ən yaxşı cəhətlərini göstərə bilər? Biz bu prizmadan yanaşırıq. Futbolçu özünü ən yaxşı tərəfədən göstərə biləcək oyunda oynamalıdır. Şükürlər olsun ki, bu günə qədər bu işlərimizdə yanılmamışıq.
- Rəşadın müqaviləsi nə vaxt bitir?
- Mayda. Biz onunla yeni müqavilə imzalaya bilərik. Ancaq qeyd etdiyim kimi, fikrimizi çempionata yönəltmişik. Sona 2-3 tur qalmış bu işlərlə məşğul olacağıq.
- “Zirə” bu il çox istəkli çıxış etdi və bunun sayəsində debütant komanda sürpriz nəticələr göstərir. Gələn mövsüm də bu cür çıxışların şahidi olacağıq?
- Əsas kollektivin düzgün formalaşdırılmasıdır. Bunu bacarsaq, həmin istək yenə olacaq. Avrokuboklarda iştirak edib-etməməyin komandanın istəyinə təsiri olmayacaq. “Zirə” indiyədək necə həvəslə çıxış edibsə, bundan sonra da belə olacaq. Mövsümün sonunda neçənci yerdə olacağıqsa, ona uyğun da futbolçularla danışıb, işimizi görəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
DÇ-2026-nın rəsmi himni təqdim edildi - Video
İngiltərə klubunda gözlənilməz ayrılıq
Donald Trampdan viza problemlərinə reaksiya
Yeni müqavilədən imtina etdi, "Tottenhem"ə keçdi
Yığmadan azarkeşlərə jest
"Şamaxı" millinin oyunçusunu transfer etdi
Azarkeşləri tənqid edən klub sahibi üzr istədi
"Kayserispor"un yeni baş məşqçisi bilindi
Çempion komandaya FİFA-dan transfer qadağası
Filip Ozobiç "Turan Tovuz"dan ayrıldı
Yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbol bir araya gəldi - Şəkillər
Messi 69 illik rekordu yenilədi
"Turan Tovuz"un formasını geyinmək mənim üçün şərəf idi"
"Şəfa"da daha üç ayrılıq
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
12 ildir "Tottenhem"də olan futbolçu ilə müqavilə uzadıldı
Loris Karius daha 2 il "Şalke"də
Azərbaycan millisi 2-ci səbətdə
Daha iki legioner "Karvan-Yevlax"dan getdi
Macarıstan - Qazaxıstan matçında qorxulu an - Video
"Şəfa"dan üçüncü transfer
"Qəbələ" legioneri ilə yolları ayırdı
"Fənərbaxça" keçmiş hücumçusunu transfer edir
"Mançester Siti"də yeni müqavilə
Argentina mundiala qələbə ilə gedir - Video
"Real"ın 150 milyonluq təklifi rədd edildi - Rəsmi
Millimiz San Marinoya belə qalib gəldi - Video
“Sabah” CAR millisinin üzvünü transfer etdi
Millimizin qələbəsi - Şəkillər
“Daha çox qol vura bilərdik” - Ayxan Abbasov
Azərbaycan millisi San Marinoya qalib gəldi
Azərbaycan yığması Şimali Makedoniyanı məğlub etdi
İtaliya klubu da baş məşqçisini yola saldı
"Turan Tovuz"dan ilk transfer
"Real" Arbeloanı istefaya göndərdi - Rəsmi
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
Azərbaycan - San Marino: Heyətlər
“Qarabağ”ın hazırlıq planı və rəqibləri bəlli oldu
"Şamaxı"dan yeni transfer
"Çelsi" "Yuventus"un futbolçusuna göz dikdi
Azərbaycan yığması Qırğızıstana məğlub oldu
Azərbaycan millisi Pakistana qalib gəldi
Baş məşqçi gedərsə, "Lans" 5 milyon qazana bilər
"Arsenal"ın ən yaxşısı seçildi
Reşford Premyer Liqa klublarının hədəfində