“Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- "Qəbələ"nin futbol komandasının son turlardakı uğursuz çıxışının səbəbini nədə görürsünüz?
- Bu dəqiqə futbol bizim ən ağrılı yerimizdir. Komandanın son turlardakı uğursuz çıxışı davam edir. Lakin bu uğursuzluqla bağlı ciddi bir səbəb tapa bilmirik. Hər oyunda bərbad çıxış etdiyimizi deməzdim. Bəzi oyunlarda bəxtimiz gətirmir. Komanda yaxaladığı imkanları dəyərləndirə bilmir. Məni ən çox narahat edən odur ki, problemin nədən qaynaqlandığı tapa bilmirik. Problemin kökünü tapa bilsək, araşdırıb həll edərik. Bununla belə, yenə də komandaya inanırıq. Medallar uğrunda sona qədər mübarizə aparacağıq.
- Artıq çempionluq şansınızı itirmisiniz. Söyləmək olarmı ki, "Qəbələ"nin hazırda əsas hədəfi ölkə kubokunu qazanmaqdır?
- Çempionluq əldən gedib. Bu, birmənalı şəkildə belədir. Məncə, ikinci yeri tutmağımız da çətindir. Amma bürünc medala sahib çıxa bilərik. Ona görə də üçüncü yer uğrunda sonadək mübarizə aparmalıyıq. Digər hədəfimiz isə ölkə kubokunu qazanmaqdır. Düşünürəm ki, komandanın gücü hər iki cəbhədə mübarizə aparmağa imkan verəcək.
- Qışda Roman Qriqorçukla yeni müqavilə imzalananda o bildirmişdi ki, əsas hədəf mövsümü titulla başa vurmaqdır. "Qəbələ" istəyinə çatmasa, necə olacaq?
- Təbii ki, mövsümü tiltulsuz başa vursaq, məyus olacağıq. Bu nəticə rəhbərliyi qane etməyəcək. Klub rəhbərliyi, məşqçilər, futbolçular - hamı istəyir və əlindən gələni edir ki, “Qəbələ” mövsümü titulla başa vursun.
- Son turda “Sumqayıt”la oyundan sonra Qriqorçuk hakimlərdən narazılığını sərt şəkildə bildirdi. Uğursuzluğun səbəbini hakimliklə bağlamaq olar?
- Baş məşqçimizin hakimliklə bağlı danışmağa haqqı var. Çünki hakim ədalətsizliyi ilə tək “Sumqayıt”la oyunda rastlaşmamışıq. Narazılıqlar hissə-hissə yığılmışdı və son oyunda partladı. Qriqorçuk hakimlərlə bağlı bizə də şikayət edib. Lakin “Qəbələ” kimi klub uğursuzluğun səbəbini hakimdə axtara bilməz. Bütün uğursuzluğu hakimlərin üstünə yıxmaq fikrində deyiləm. Amma o da düzdür ki, “Sumqayıt”la oyunda hakim qələbəmizə mane oldu. Buna qədər də ciddi hakim səhvləri ilə qarşılaşmışıq. Qriqorçukun hakimlərdən şikayətlənməyə haqqı çatır. Demirik ki, hakimlər bizə kömək etsinlər. Qoy, ədalətli hakimlik olsun.
- Hakimlərin idarəçiliyi ilə bağlı hər hansı formada etiraz bildirməyiniz mümkündür?
- Dəfələrlə etiraz etmişik. Amma bu, birinci və axırıncı hal deyil. Hakimlərin daha kobud səhvləri də olub. Cəzalansalar da, bunun bir xeyri olmur.
- Uğursuzluq olanda klub haqda müxtəlif xəbərlər yayılır. Son günlər klub prezidenti Tale Heydərovun nəticələrdən narazı qaldığı və mövsümün sonunda büdcəni azaldacağı barədə xəbərlər dolaşır. Bu, nə dərəcədə doğrudur?
- Bu barədə klub prezidenti mənə heç nə deməyib. Elə şey olsaydı, xəbərim olardı. Amma belə bir fikrə düşübsə, haqqı var. Qoyulan büdcə ilə komanda titul əldə etməlidir. “Qəbələ” uğurlu çıxış etməyə borcludur.
- Roman Qriqorçukun qurduğu heyət də birmənalı qarşılanmır. Qışda transfer olunan Pavel Paşayevin hələ də debüt etməyib. Bu haqda nə deyə bilərsiniz?
- Biz baş məşqçinin işinə qarışa bilmərik. Paşayevi komandaya gətirmişdik ki, rəqabət artsın. Komandamızda müdafiənin cinahlarında azərbaycanlılar oynayır. Həmin mövqedə mütləq yerlilər olmalıdır. Başqa mövqelərdə yerli futbolçulara şans vermək imkanımız azdır. O ki qaldı Paşayevin oynamamasına, bu suala baş məşqçi dəqiq cavab verə bilər. Amma onu da deyim ki, hər oyuna kim daha hazırdısa, o da meydana çıxır. Bu gün Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov oynayırsa, deməli, daha hazırlıqlıdırlar. Futbolçu heyətə düşə bilmirsə, günahı özündə axtarmalıdır.
- Qriqorçukun Paşayevlə prinsip apardığı da söylənilir...
- Yox, bu, mümkün deyil. Çünki Qriqorçuk prinsipi olduğu futbolçunu dərhal komandadan uzaqlaşdırır. Daha əvvəl də bunun şahidi olmuşuq.
- “Qəbələ”nin idman direktoru Toni Adamsın Danimarka "Bröndbü”sünə baş məşqçi təyin olunacağı bildirilir. Adams bununla bağlı sizə hər hansı məlumat verib?
- Bu xəbərləri mətbuatdan oxumuşam. Onunla bu haqda danışmamışıq. Yəqin ki, düz olsaydı, Toni bizi xəbərdar edərdi. Adams “Qəbələ” və “Bröndbü” arasında uşaq futbolu ilə bağlı əməkdaşlığa görə danimarkalılarla danışıqlar aparıb. Bəlkə də xəbərlər elə ondan qaynaqlanır.
Mənbə: report.az
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL