Topaz Premyer Liqanın 29-cu turunda keçirilən “Qarabağ” – “Kəpəz” oyununda Ağdam klubunun stadionda yaratdığı mənzərə hər kəsi yaxşı mənada təəccübləndirdi. Klubun təsisçilərindən olan Adil Nadirov Qol.az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın bu alqışalayiq addımından bəhs edib.
- “Qarabağ”ın etdiklərini hamı gördü. Heç bir klub bunu edə bilməzdi. Mən “Qarabağ”da rəhbər şəxslərdən biriyəm. Amma bütün görülən işlərin zəhmətini klubun direktoru Əmrah Çəlikəl çəkib. Onun adını hallandıran, işini qiymətləndirən yoxdu. Bütün işləri görür, ancaq adını çəkmirlər. Onsuz da mənim “Qarabağ”dakı zəhmətimi hamı bilir. İstəyirəm ki, Əmrah Çəlikəl, Asif Əsgərov və digərlərinin də əməyi qiymətləndirilsin. Tək “Qarabağ” yox, bütün klubların futbolçularına minnətdarlığımı bildirirəm. Hər biri cəbhədə baş verənlərə həssas yanaşdı.
- “Kəpəz”lə oyundan əvvəl “Qarabağ”ı cəbhədə baş verənlərə laqeydlikdə qınamışdınız.
- Bir qədər anlaşılmazlıq olmuşdu. Klubdan bildirdilər ki, iki gün sonra baş tutacaq ev oyununda nə lazımdırsa, hamısını edəcəyik. Yəni demə, hazırlıqlarını “Kəpəz”lə oyuna görüblər. Hər şey ev oyununda daha yaxşı görünür. Görülən işlər də hər kəsin xoşuna gəldi. Əmrah Çəlikəl və Asif Əsgərovun zəhmətini xüsusi qeyd etməliyəm. “Kəpəz”lə oyun günü hamıdan çox bu iki şəxs işlədi. Mən Ağdam ictimaiyyəti adından onlara təşəkkürümü bildirirəm. Əmrah Çəlikəl bir dəfə mənə dedi ki, mən özümü ağdamlı kimi hiss edirəm. “Qarabağ”la bağlı o qədər iş görür ki... Ona görə də özünü qarabağlı hesab edir.
Bir məsələni də qeyd etmək istəyirəm. İlk dəfə Abdulbari Gözəl məni qəbul edəndə yaxşı bir söhbət etdi. Mənə bildirdi ki, get, komandanı yığ, nə qədər ki burdayam, ermənilərə sübut edəcəm ki, Qarabağ bizimdir. O vaxt klubda vəziyyət çox acınacaqlı idi. “Qarabağ” dağılmaq üzrə idi. Ancaq Gözəl bəy bildirdi ki, “Qarabağ” yaşayacaq. Düzdür, o vaxtlar çox əziyyət çəkdim, komandanı dağılmağa qoymadım. Klubun yaşaması üçün hamıya ağız açdım. Ancaq Abdulbari Gözəlin dəstəyindən sonra heç bir problem olmadı. İndi komandanın necə irəli getdiyini görürsünüz. Ardıcıl iki il çempion olduq.
- Üçüncü çempionluq da gəlir...
- Təbii ki, bu gedişlə üçüncü çempionluq da olacaq. Allah Qurban Qurbanovun canın sağ eləsin. Onun bu işlərdə zəhməti çoxdur. Komandanın rəhbəri Qurban müəllimdir. Klubu bu səviyyəyə çatdıran isə Abdulbari Gözəldir. Həqiqəti danmaq lazım deyil. Komandanın bugünə çatmasında Qurban Qurbanovla yanaşı, klub rəhbərliyinin dəstəyinin də böyük rolu var.
- “Qarabağ”ın hazırkı heyəti də sizi qane edirmi?
- Kifayət qədər yerli futbolçu oynayır. Təbii ki, əcnəbilər də olmalıdır. Gördüyünüz kimi, bütün yerli futbolçular “Qarabağ”a can atır. Bunun də səbəbi ”Qarabağ”dakı şəraitdir. Uşaqlar vaxtında maaşlarını alır. Heç kim aldadılmır. Hər şey qaydasında gedir. Niyə Şahin Diniyev oğlunun “Qarabağ”a keçməsini istədi? Çünki bildi ki, oğlu “Qarabağ”da daha irəli gedə bilər.
- Çoxları belə hesab edir ki, bu gün Azərbaycanda “Qarabağ”a rəqib yoxdur. Siz də belə düşünürsünüz?
- Bu, həqiqətdir. Əvvəllər “Dinamo” (Kivev), “Spartak” (Moskva) kimi komandalar var idi. İndi isə “Qarabağ” var. Bu gün “Qarabağ” belə bir səviyyəyə gəlib. Digər klublarımız da “Qarabağ”ın ardınca getməlidir.
- “Qarabağ”ın oyunları nə dərəcdə izləmək imkanınız olur?
- Əgər səhhətim imkan versə, bütün oyunlara gedərəm. Nə vaxt yaxşı olsam, stadiona gedirəm. Ancaq elə bir xəstəliyim var ki, bir saatdan sonra necə olacağımı bilmirəm. İndi hara desəniz, gələ bilərəm. Ancaq bir saatdan sonra necə olacağımı bilmirəm.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi