“Qarabağ”ın türk əsilli makedoniyalı futbolçusu Muarem Muaremin Qol.az saytına müsahibəsi
- Muarem, yəqin ki, son günlər cəbhədə baş verənlər haqda məlumatın var.
- Əlbəttə, hadisələrin gedişatını izləyirəm. Hər zaman azərbaycanlı futbolçular mənə Qarabağ haqda məlumat verirlər. Oraların necə gözəl bir yer olduğunu deyirlər. Qarabağın Azərbaycanın olduğunu bilirdim, ancaq gözəllikləri haqda məlumatım yox idi. Həmin torpaqalara dönmək Azərbaycanın haqqıdır. Cəbhədə baş verənləri hər gün internet vasitəsi ilə izləyirəm. Azərbaycanın hansısa kəndini işğaldan azad etməsi ilə bağlı xəbərləri oxuyanda çox sevinirdim. Komanda yoldaşlarım da bunu təsdiqləyə bilər. Azərbaycanlı futbolçulardan azad olunmuş yerlər haqda soruşurdum. Doğrudan da cəbhədən sevindirici xəbərlər gəlirdi. Təəssüf ki, biz əsgərlərimizə cəbhədə kömək edə bilmirik. Ancaq biz “Qarabağ” adlı komandanın üzvüyük. O yerlərin adını daşıyırıq. Bizi də Avropada “Qarabağ”ın adından söz etdirməklə Qarabağ üçün nəsə etməyə çalışırıq.
- Cəbhədə gedən döyüşlər “Qarabağ” futbolçularına necə təsir etdi?
- Şəxsən mən Azərbaycanın verdiyi şəhidlərə görə çox üzülürəm. Öz torpağını işğaldan azad etmək üçün döyüşürsən və ölürsən. Doğrudan da bu, çox məyusedicidir. Həmişə özümü həmin şəhidlərin yerinə qoyuram. Təbii ki, sevindirici xəbərlər də aldıq.
- Bir türk olaraq sənin Qarabağda baş verənlərə yanaşman “Qarabağ”ın digər legionerlərindən fərqli olmalıdır. Bu, belədirmi?
- Əlbəttə, həmişə azərbaycanlı futbolçularla bu mövzuda danışıram. Onlara baş verənlərlə bağlı suallar verirəm. Bilirəm ki, belə də etməliyəm. Soruşmasam, maraqlanmasam, komanda yoldaşlarım da məndən inciyər. Günümün 3-4 saatını internetdə keçirirəm. Hər kəsdən Qarabağda baş verənlərlə bağlı soruşuram.
- Topaz Premyer Liqanın 29-cu turunda “Kəpəz”lə ev oyununuzda “Qarabağ”ın stadionunda gözəl atmosfer var idi. Hər tərəf Azərbaycan bayrağına bürünmüşdü. Bundan başqa digər alqışalayiq addımlar da atıldı. Bütün bunların 4:0 hesablı qələbənizdə nə kimi rolu oldu?
- Doğrudan da çox gözəl bir mənzərə idi. Azərbaycan himni də oxundu. Həqiqətən bu cür şeylər futbolçulara da yaxşı təsir edir. Bizim komandamızda birlik var. Yerli və ya əcnəbi deyə bir şey yoxdur. Təbii ki, oyundan əvvəl baş verənlərin nəticəyə də təsiri oldu. Ancaq bir hər zaman bu cür qələbələrə hazırıq.
- Mayın 29-da Makedoniya və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Bu komandaları necə müqayisə edərdin?
- Hazırda Makedoniya millisinin durumu Azərbaycanla müqayisədə yaxşı deyil. FİFA-nın reytinq cədvəlində biz Azərbaycandan xeyli aşağı pillədə yer almışıq. Son vaxtlar Makedoniya millisində tez-tez baş məşqçi dəyişikliklərinin də şahidi oldunuz. Yoldaşlıq oyunu olacağı üçün bu matçı dəyərləndirmək, hansı komandanın şanslı olduğunu demək çətindir. Məncə, yaxşı oyun olacaq. Bu yoldaşlıq oyununun olacağını eşidəndə sevindim. Ümid edirəm ki, mən də milliyə dəvət alacam. “Eskişehirspor”a keçəndən sonra 4-5 ay futbol oynamadım. Buna görə də bu müddət ərzində milliyə dəvət almamağım təbii haldır.
- İndi özünü millidə görürsən?
- Yeni baş məşqçinin gəlişindən sonra milliyə dəvət almamışam. Ancaq hazırda Makedoniya millisinə çağırılan futbolçuların əksəriyyəti avrokuboklarda çıxış etməyən klublarda oynayır. Mənim klubum “Qarabağ” isə hər il Avropada sözünü deyir. Buna görə də millidən dəvət gözləyirəm.
- Yəqin ki, səndə Azərbaycan millisinə qarşı oynamaq həvəsi daha çoxdur.
- Təbii ki, Azərbaycan yığmasına qarşı oyun mənim üçün maraqlı olar. Demək olar ki, komanda yoldaşlarıma qarşı oynayacam. Çünki Azərbaycan millisinin əsasını “Qarabağ”lı futbolçular təşkil edir.
- Çempionatın səviyyəsinin aşağı olması “Qarabağ”ın avrokuboklardakı çıxışınıza təsir edəcək?
- Mənfi təsir etməyəcəyini düşünürəm. Biz planlı çalışırıq. Hər vəziyyətə uyğun addım atırıq. Bir problem olacağını zənn etmirəm. “Qarabağ” hər zaman yüksək yerlərə can atıb. Çempion olsaq, yeni hədəflərimiz olacaq. Ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində oynayan komandanın növbəti il hədəfi daha böyük olmalıdır. Təbii ki, çempion olsaq, Çempionlar Liqasının qrup mərhələsi üçün mübarizə aparacağıq.
Ramiq AĞAMƏMMƏDOV
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq