Dieqo Kosta "Çelsi"dən ayrılır?

Dieqo Kosta "Çelsi"dən ayrılır?
XƏBƏR 15 Mart 2016 / 00:57 7084
-  A +

"Çelsi"nin hücumçusu Dieqo Kosta mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, buna ispaniyalı forvardın Premyer Liqaya uyğunlaşa bilməməsi səbəb olub.

"Çelsi"də xoşbəxt olmadığı söylənilən Kostanın mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir. Onun yenidən sabiq komandası "Atletiko"ya qayıdacağı iddia olunur.

Qeyd edək ki, cari mövsüm 37 oyuna çıxan Kosta "Çelsi"də 15 qol vurub və 6 məhsuldar ötürmə verib.


Son xəbərlər