Yaya Ture "Dinamo"ya qarşı oynayacaq?

Yaya Ture "Dinamo"ya qarşı oynayacaq?
XƏBƏR 14 Mart 2016 / 23:05 2211
-  A +

"Mançester Siti"nin futbolçusu Yaya Turenin Çempionlar Liqasının 1/8 finalında "Dinamo" (Kiyev) ilə cavab qarşılaşmasında iştirak edib-etməyəcəyi müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçunun sözügedən matçda meydanda olacağı bildirilib.

İngiltərə Premyer Liqasında "Norviç"lə oyunu zədə səbəbindən buraxan Y.Turenin Kiyev təmsilçisi ilə matça hazır olacağı qeyd olunub.

Qeyd edək ki, "Mançester Siti" - "Dinamo" görüşü sabah keçiriləcək.


Son xəbərlər