"Bavariya" - "Yuventus": hakimlər müəyyənləşdi

"Bavariya" - "Yuventus": hakimlər müəyyənləşdi
XƏBƏR 14 Mart 2016 / 19:23 4586
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" - "Yuventus" cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı isveçli Yonas Erikssonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Ona Mattias Klasenius, Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasını  Mehmet Kulum yerinə yetirəcək.

Qeyd edək ki, "Bavariya" - "Yuventus"  oyunu martın 16-ı keçiriləcək.


Son xəbərlər