Azərbaycanlı futbolçular Latviya çempionatında debüt etdilər

Azərbaycanlı futbolçular Latviya çempionatında debüt etdilər
XƏBƏR 14 Mart 2016 / 16:46 6269
-  A +

Latviyanın yüksək liqasında yeni mövsümə start verilib.

Qol.az-ın məlumatına görə, "Dauqavpils" klubuna icarəyə verilən “Neftçi”nin futbolçuları Orxan Qurbanlı və Mirabdulla Abbasov yeni komandalarında debüt ediblər.

“Dauqavpils"in səfərdə “Meta/LU”ə 1:2 hesabı ilə uduzduğu oyunda start heyətdə meydana çıxan O.Qurbanlı sona qədər mübarizə aparıb. M.Abbasov isə 65 dəqiqə meydanda olub.

Qeyd edək ki, hər iki futbolçunun 21 yaşı var. Mirabdulla hücumçu,  Orxan isə yarımmüdafiəçidir.

Latviya çempionatının (2012) və kubokunun (2008) qalibi olmuş “Dauqava” 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb.

Son xəbərlər