Gürcüstan millisində yeni baş məşqçi

Gürcüstan millisində yeni baş məşqçi
XƏBƏR 14 Mart 2016 / 14:40 4530
-  A +

Gürcüstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, komandanı Vladimir Vays çalışdıracaq.

Gürcüstan Futbol Federasiyası Vaysı bu gün rəsmən ictimaiyyətə təqdim edəcək. Slovakiyalı mütəxəssis yeni vəzifəsində yanvar ayında yığmadan qovulan Kaxaber Sxadadzeni əvəzləyəcək. O, Gürcüstan yığması ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, daha öncə Slovakiya millisini çalışdıran 51 yaşlı mütəxəssisin son komandası Qazaxıstanın "Kayrat" klubu olub.


Son xəbərlər