“Deyirdilər ki, AZAL bir xal da qazana bilməyəcək”
AZAL-ın kapitanı Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Topaz Premyer Liqasının 19-cu turunda “Qarabağ” üzərində qələbənizdən danışaq. Son iki ilin çempionunu nədə üstələdiniz?
- Son iki ildə Premyer Liqanın lideri olan komandaya qarşı oynayırdıq. Matça yaxşı köklənmişdik. İlk dövrələrdə “Qarabağ” iki dəfə məğlub olmuşduq. İstəmirdik ki, bu seriya davam eləsin. Onu da qeyd etmək lazımdır ki, dünənki oyunda şans bizim tərəfdə idi. Elə bir oyun idi ki, kim qol vursa, qələbə onun olmalı idi. Əslində rəqibin qol imkanı daha çox oldu. Yəqin ki, o fürsətlərdən birindən istifadə etsəydilər, məğlub olardıq.
- “Qarabağ”la oyuna qədər komandanız 5 oyuna 13 xal toplamışdı. Yəqin bu uğurlu nəticə də sizdə inam yaratmışdı.
-Əlbəttə, mövsümün əvvəlində işlərimiz heç də yaxşı getmirdi. İlk beş turda qol da vura bilməmişdik. Hamı AZAL-ı kiçildirdi. Artıq sözlər danışırdılar. Deyirdilər ki, AZAL bir xal da qazana bilməyəcək. Biz də o insanlara sübut etdik ki, AZAL əsl komandadır. Ancaq bir tətəfdən də həmin boş-boş danışan adamlara təşəkkür düşür. Çünki dırnaqarası futbol adamlarının sözləri bizə stimul verdi. Qələbə qazandıqca inam daha da artır. Hələ ki, öz meydanımızda uduzmamışıq. Yəqin ki, qələbələrin ardı gələr.
- AZAL son 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Cəmi 1-2 legioner futbolçu ilə bu cür oyunlar nəyin nəticəsidir?
- İlk növbədə baş məqşçimiz Tərlan Əhmədov və məşqçilər korpusunun əməyini qeyd etməliyəm. Biz bir ailə kimiyik. Bu, ən vacib şərtlərdən biridir. Komandaya yaxından bələd olanlar bilir ki, AZAL-da hər kəs bir-birinə necə hörmətlə yanaşır. Baş məşqçimiz ilk növbədə komandanı ailə kimi formalaşdırdı. İnamlı oyunumuz da qeyd etdiyim amillərin nəticəsidir.
- Yəqin komandanız qış fasiləsindən də yaxşı yararlanıb.
- Bəli, “CBC Sport” kubokunda iştirak etdik. Orda yaxşı takitiki gedişlər, analizlər oldu. Komandamız çempionata tam hazır oldu.
- Maraqlıdır ki, Antalyada hazırlıq keçən “Qəbələ”, “Qarabağ”, “Sumqayıt” və “İnter” bu tur məğlub oldu. Ölkə daxilində hazırlaşan klublar isə qələbə qazandı.
- Yəqin ki, Azərbaycanda hazırlaşanlar daha düzgün hazırlıq keçib. Məncə, bu, əsas şərtdir. Qış fasiləsi elə də uzun çəkmir. Ona görə də təlim-məşq toplanışından düzgün faydalanmaq lazımdır.
- Əksər klublarımızda maliyyə problemi hökm sürür. AZAL-da isə bu çətinlik daha əvvəl yaranıb. Büdcənin aşağı olması komandanı ruhdan salmaz ki?
- Əksinə, bu cür şəraitdə futbolçu daha yaxşı oynayır. Düzdür, futbolda maliyyə önəmli məsələdir. Ancaq bura yığışmışıqsa, öz adımıza görə oynamalayıq. Büdcə az olsa da, maaşlar verilir. Həm də AZAL-a gələn əksər futbolçular pul üçün gəlməyib. Komanda belə yaxşı çıxış etsə, inanıram ki, klub may ayından sonra futbolçulara jest edəcək. Biz gələcəyə inamla baxırıq.
- Mövsümün əvvəlində baş məşqçiniz Tərlan Əhmədov bildirmişdi ki, AZAL Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. İndi hansı məqsədlər üçün çalışırsınız? Artıq komandanızın avrokuboklara çıxmaq uğrunda mübarizə apardığını düşünmək olar?
- Bizim qarşımıza hansısa hədəf qoyulmayıb. Hələ mövsümün əvvəlində, ardıcıl məğlub olduğumuz vaxtlarda demişdim ki, AZAL kimi komandanın Premyer Liqada qalmaq uğrunda mübarizə aparması yaxşı hal deyil. Çünki AZAL köklü klublardan biridir. Məqsədimiz maksimum xal toplamaqdır. Hansı yeri tutmağımız qarşıdakı oyunlardan asılıdır.
- “Qarabağ” üzərindəki qələbə qarşıdakı oyunlara da müsbət təsir göstərəcəkmi?
- Hər qələbə komandada inamı artırır. “Qarabağ”la son beş oyundan birində qələbə qazanmışıq. Düzdür, bu cür komandaya qalib gəlmək daha xoşdur. İstərdim ki, komanda tək ötən oyundakı qələbəyə görə ruhlanmasın. Ümumi qələbə ruhu olmalıdır.
Ramiq AĞAMƏMMƏDOV
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı