"Neftçi" klubunun futbolçusu Anyete Topaz Premyer Liqasının 19-cu turunda "Sumqayıt"a 1:0 qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Mövsümün ikinci yarısına qələbə ilə başladınız...
- Gözlədiyimiz kimi çox çətin oyun oldu. Yaxşı ki, qələbə qazanmağı bacardıq və üç xal əldə etdik.
- Cari mövsüm "Sumqayıt"a hər üç görüşdə qalib gəlmisiniz. Bunun xüsusi bir səbəbi varmı ?
- Məncə heç bir xüsusi səbəbi yoxdur. Amma, bu futboldur. Bəzən elə olur ki, bir komandanı ardıcıl oyunlarda məğlub edə bilirsən. Oyun alınmadıqda isə fərqli bir taktika seçirsən və nəticədə qələbə qazanırsan.
- Fasilədən sonra əvəzləndikdə meydanı əsəbi halda tərk etdin..
- Mən hər zaman ən güclü oyunumu sərgiləmək və qol vurmaq istəyirəm. Qol vura bilmədiyim üçün bir qədər narazı idim. Amma komandamızın qələbə qazanmasına görə çox xoşbəxtəm.
- Qol vura bilməməyinin hansısa səbəbi var ?
- Təbii ki, mən qol vurmaq istəyirəm. Lakin futbol komanda oyunudur. Əsas məqsəd komandamızın qələbə qazanmasıdır. Mənim üçün qolu kimin vurmasının fərqi yoxdur. Amma mövsümün birinci yarısında problemlərim var idi. Oyunların bəzilərində zədəli halda meydana çıxmışam.
- İlk hissədə simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırıldın. Necə düşünürsən, həmin epizodda penalti var idi ?
- Hakimin qərarı inanılmaz idi. Penaltinin olduğuna əminəm.
Məftun Mahiroğlu
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması