Hazırda Bolqarıstanda olan Bakının «İnter» klubunun prezidenti Georgi Nikolov rəhbərlik etdiyi komandada maliyyə problemlərinin yaranması barədəki xəbərlərlə bağlı Qol.Az saytına müsahibə verib
- Cənab Nikolov, yayılan məlumata görə, dünyada baş verən iqtisadi böhran komandanıza mənfi təsir göstərib və maliyyə problemi yaranıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Bunu kimi deyir? Qəti şəkildə bildirmək istəyirəm ki, məlumat doğru deyil. Ümumiyyətlə, «İnter»də heç bir böhran yoxdur və bundan söhbət gedə bilməz.
- Futbolçulara bir neçə ayın maaşını ödəmədiyiniz bildirilir…
- Gizlətmirəm, yalnız dekabr ayının maaşı verilməyib. Bu da, bayramlarla əlaqədardır. Hazırda Bolqarıstanda istirahətdəyəm. Qayıtdıqdan sonra maaş mütləq veriləcək. Yanvarın 10-da Bakıya dönəcəyəm və tezliklə məsələni həll edəcəyəm. Bunu problemə çevirmək lazım deyil.
- Deyilənə görə, əmək haqqı azaldılacaq.
- Bu, boş söhbətlərdir və yalandır.
- «İnter»ə yeni oyunçular cəlb olunacaqmı?
- Baş məşqçimizin qərarına əsasən, hərəkət edəcəyik. O, kimi lazım bilsə, məsələ müzakirə ediləcək və həmin futbolçu transfer olunacaq.
- «Birlik kuboku» yarışından nə gözləyirsiniz?
- Əvvəla, bildirim ki, bu səviyyəli yarışdır və nüfuzunu itirməyib. Əsas məqsəd final mərhələsinə vəsiqə qazanmaqdır. Ancaq bu istəyə çatmaq komandamız üçün ağır olacaq.
- Azərbaycana baş mükafat lazımdır.
- Mütləq. Bunu yaxşı dərk edirik. Var qüvvəmizlə çalışacağıq ki, «İnter» də kuboku Bakıya gətirsin.
- Moskvada uğursuz çıxış olacağı təqdirdə, baş məşqçi Valentin Xodukinin istefaya göndəriləcəyi deyilir.
- «Birlik kuboku»nda iştirak vacibdir. Lakin bizim yarışa qatılmaqda əsas məqsədlərimizdən biri Azərbaycan çempionatının ikinci dövrəsinə yüksək səviyyədə hazırlaşmaqdır. Təbii ki, kuboku da qazanmaq üçün səylə çalışacağıq. Uğursuzluq olsa, baş məşqçi istefaya göndərilməyəcək.
Anar CƏFƏRSOY
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki