Madrid “Real”ına yaxınlığı ilə tanınan “Marca” qəzeti sensasiyalı iddia irəli sürüb.
Qol.Az xəbərinə görə, qəzet yazıb ki, klub rəhbərliyi bu mövsümün əvvəli baş məşqçi vəzifəsinə gətirdiyi Rafael Benitesi vaxtıdan əvvəl istefaya göndərə bilər. Bildirilir ki, La Liqada “Barselona”ya ağır məğlubiyyət (0:4) klub rəhbəri Florentino Perez və azarkeşlərin səbr kasasını daşırıb.
Qəzet yazıb ki, belə davam etsə, çox yaxın vaxtlarda Benites işdən qovula, onun yerinə Zinəddin Zidan gətirilə bilər.
“Marca” Beniteslə Kriştino Ronaldonun münasibətlərinin soyuq olduğunu da yazıb.
Qeyd edək ki, La Liqada 12 turdan sonra “Real” lider “Barselona”dan 6 xal geri qalaraq 2-ci yeri tutur.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu