“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Premyer Liqamızın 13-cü turunda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
Qol.Az-ın məlumatına görə, millimizin üzvü müsahibəsində Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə qarşılaşacaqları oyun haqqında da danışıb.
- “Kəpəz” üzərində inamlı qələbə qazandınız. Əvvəlcə görüş haqda fikirlərin öyrənək...
- Milli komandaların oyunları ilə əlaqədar mən də daxil olmaqla həm yerli, həm də əcnəbi futbolçulardan bəziləri komandanın düşərgəsində yox idi. Ona görə də bu oyuna tam yaxşı hazırlaşa bilməmişdik. Amma "Qarabağ" həmişə nəticəyə oynayan komandadır. Uşaqların hamısı sözün həqiqi mənasında meydanda vuruşdular və lazımi üç xalı qazana bildik. Oyun bizim üçün ağır keçdi. “Kəpəz”in beş müdafiəçi ilə çıxış etməsi də bizim üçün sürpriz oldu. Sözün açığı, buna hazır deyildik. Lakin rəqibin qapısına yol tapa bildik və "Kəpəz"i dörd müdafiəçi ilə oynamağa məcbur etdik.
- Rəşad Sadıqovun yoxluğu “Qarabağ”ın müdafiə xəttində hansısa çətinliklər yaradırdı?
- Sadıqovun təcrübəsi var və lazımi məqamda oyunçularla danışa bilir. Bir neçə epizodda müdafiə xəttimizdə anlaşılmazlıq oldu. Künc və cərimə zərbələri bir-birinin ardınca gəlirdi. Həmin an Rəşadın olmaması bizə çətinlik yaradırdı. Onun meydanda yoxluğunu hiss edirdik. Rəşad olsaydı, bəlkə də belə vəziyyətlər olmayacaqdı. Amma ümumilikdə nə Bədavi Hüseynov, nə də Elvin Yunuszadə pis çıxış etdi. Qələbə üçün sonadək vuruşdular.
- Çempionatda əsas rəqiblərinizdən olan "Qəbələ" 13-cü turda da xal itirdi və aranızdakı xal fərqi 9-a qalxdı. Ötən mövsüm bildirmişdin ki, belə vəziyyətin yaranması oyunlarımıza təsir edir. Bu il necə, komandada arxayınlıq yarana bilər?
- Fərqi yoxdur, lap xal fərqi 10 olsun. Bu gün "Qarabağ"da elə bir mühit var ki, hansısa futbolçu belə üstünlüyə görə çaşsa, baş məşqçi onu yerində oturdacaq ki, bu fikirdə olmasın. Mövsümün sonunadək mübarizə aparmalıyıq ki, ötən çempionatdakı kimi durduğumuz yerdə xal itirməyək.
- Amma etiraf edək ki, ötən mövsümkü "Simurq", "Neftçi" bu il yoxdur... Yəni çempionatın səviyyəsi ötən ilə nisbətən zəifdir.
- Bu mövsüm "Simurq", "Neftçi" yoxdursa, "Kəpəz", "Zirə", "Sumqayıt" kimi komandalar var. Onlar çox yaxşı çıxış edirlər, öz oyunlarını tapıblar. Deməzdim ki, ötən mövsümkü kimi rəqiblər yoxdur. "Zirə" bütün iddialı komandalardan xal almağı bacarıb.
- Qarşıdan "Tottenhem"lə Avropa Liqası matçı gəlir. Bu oyun barədə nə deyə bilərsən?
- Oyuna az qalıb. İnanıram ki, yaxşı hazırlaşa biləcəyik. Artıq "Kəpəz"lə matçı yaddan çıxarıb fikirlərimizi "Tottenhem"lə qarşılaşmaya yönəldirik. Bilirik ki, ağır oyun olacaq. Çünki "Tottenhem" İngiltərənin ən yaxşı komandalarından biridir. Yalnız vuruşacağıq, başqa yolumuz yoxdur.
- Nə qədər çətin olsa da, demək olarmı ki, "Qarabağ" üçün “Tottenhem”lə oyun Avropa Liqasının növbəti mərhələsinə çıxmaq üçün son şansdır?
- Əlbəttə. "Tottenhem"lə matçda xal qazana bilməsək, demək olar ki, kitabımız bağlanacaq.
Ergün SEYİD
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?