“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq”
“Nəticə ürəyimizcə olmadı. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çünki qələbə seriyamızı davam etdirmək istəyirdik .Təəssüf ki, alınmadı. Bu matçı unudub qarşıdakı oyunları düşünməliyik“.
Bu sözləri Qol.Az-a açıqlamasında “Kəpəz”in futbolçusu Junior Oslvaldo (Juninyo) “Qarabağ”a uduzuduqları oyundan (0:3) sonra deyib.
Braziliyalı hücumçu Azərbaycanın ən güclü komandasına qarşı oynadıqlarını bilditib: “Düzdür, oyunun gedişatında səhvlərimiz oldu. Amma unutmayın ki Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Oyuna ciddi itki ilə çıxmışdıq. Dario Federiko bizim üçün çox vacib oyunçudur . Çempionata da yaxşı başlamışdı. Amma bu o demək deyil ki, komanda onsuz heç nə edə bilməz. “Kəpəz”də onu əvəzləyə biləcək yetərincə yaxşı futbolçular var. Biz onsuz da bacararıq”.
Juninyo komandasının avrokuboklara vəsiqə qazanma şansından da danışıb: “Biz Azərbaycan çempionatında yaxşı nəticə qazanaraq avrokuboklara vəsiqə qazanmaq arzusu ilə meydana çıxırıq. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq”.