"Qəbələ"nin xal itirməsi..." – Dani Kintana

"Qəbələ"nin xal itirməsi..." – Dani Kintana
ÖLKƏ FUTBOLU 22 Noyabr 2015 / 00:57 5189
-  A +

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qollarından birinin müəllifi olan ispaniyalı yarımmüdafiəçi Dani Kintana oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- “Kəpəz” ilk hissədə sizə çətinlik yaratsa da, sona yaxın rəqibin müqavimətini çox asan qırdınız. Ümumiyyətlə oyun haqda nə deyə bilərsən?

- Çempionatda yaranan fasilədən sonra oynamaq bir qədər çətin olur. “Kəpəz”lə oyunun da çətin keçəcəyini bilirdik. Oyundan əvvəl “Qəbələ”nin xal itirdiyini öyrəndik. Ona görə də bu görüşdə mütləq qələbə qazanmalı idik ki, aramızdakı xal fərqi daha da artsın.

- Demək istəyirsən ki, “Qəbələ”nin xal itirməsi qələbə qazanmaq istəyinizi daha da artırmışdı?

- Əlbəttə, Premyer Liqada əsas rəqiblərimizdən olan bir klubun xal itirməsi bizə əlavə motivasiya verməyə bilməzdi.

- Artıq turnir cədvəlində “Qəbələ” ilə aranızda 9 xallıq bir fərq var...

- Biz hər oyuna qələbə qazanmaq üçün hazırlaşırıq. Ötən mövsüm də “İnter”lə aramızdakı xal fərqi çox idi. Amma son turlarda fərq azalmışdı. “Qəbələ” də çempionatın ikinci yarısından sonra yaxşı oyun sərgiləyirdi və bizi addım-addım izləyirdi. Bu il çalışacağıq ki, öz oyunumuzu göstərib, hər matçdan 3 xalla ayrılaq.

- Daha çox mərkəzdə oynasan da, “Kəpəz”lə oyunda sağ cinahda çıxış edirdin. Oyun ərzində də daha çox mərkəzə meyl etdiyin hiss olunurdu. Hətta qolu da həmin mövqedən vurdun...

- Mən hər iki mövqedə də oynamağı bacarıram. İspaniyada, Polşada oynadığım zaman həm mərkəzdə, həm də sağda çıxış edirdim. Ona görə də baş məşqçimiz hansı mövqedə oynamağımı istəsə, orada da çıxış edəcəm.

- Qarşıdan Avropa Liqasında “Tottenhem”lə çətin oyun gəlir. Bu duel haqqında nə düşünürsüz?

- Çox çətin bir komanda ilə oynayacağıq. Növbəti mərhələyə keçmək üçün bu oyundan qələbə ilə ayrılmalıyıq.

- “Qarabağ”ın heyətində itkilərin olması qələbə qazanmaq üçün problem yaratmayacaq?

- Ümid edirəm ki, Rəşad Sadıqov və Samuel Armenterosun aramıza qayıtması bizim üçün faydalı olacaq. Buna baxmayaraq komandamızda zədəli futbolçuları əvəzləyəcək kifayət qədər oyunçu var.


Ergün SEYİD

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə