Hazırda Bakıda olan “Qalatasaray”ın və Türkiyə millisinin sabiq hücumçusu Ümit Karanın müsahibəsi
- Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun, minnətdaram.
- Bu, ölkəmizə ilk səfərinizdir, yoxsa daha əvvəl Bakıda olmusuz?
- Birinci dəfədi Bakıya gəlirəm. Daha əvvəl heç olmamışam.
- Bakını bəyəndiz?
- Çox bəyəndim. Bakı çox gözəl, əla şəhərdi. Hiss olunur ki, durmadan inkişaf edir. Həqiqətən də zövq aldım.
- Səfərinizin məqsədi nədir?
- Azərbaycanda çoxlu dostlarım, tanışlarım var. Onlar xeyli müddətdir məni bura dəvət edirdilər. Lakin daha əvvəl gəlmək üçün imkan olmamışdı. Nəhayət, bu dəfə alındı. Azərbaycanda olduğum üçün şadam.
- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiz?
- Sözün açığı, elə də geniş məlumata sahib deyiləm. Bilirdim ki, Azərbaycanda futbola böyük maraq var. Klublar, milli komanda inkişaf edir.
- Burada gördüklərinizlə əvvəldən düşündükləriniz üst-üstə düşdü?
- Tam da, yox. Bura gəlişimin bir məqsədi də Azərbaycan futbolunun son durumu ilə tanış olmaq idi. Lakin gördüyümə əsasən deyə bilərəm ki, Azərbaycan futbolu çox da inkişaf etməyib. Hələ çox çalışmaq lazımdı. Əminəm ki, tezliklə futbolunuz daha da irəli gedəcək. Mən də bunu arzulayıram.
- Yəqin ki, daha əvvəl hansı türkiyəli mütəxəssislərin Azərbaycanda çalışmasından xəbərdarsız...
- Bəli, məlumatım var. Bilirəm ki, Bülənt Qorxmaz, Mustafa Dənizli, Oğuz Çətin kimi mütəxəssilərimiz burada çalışıb.
- “Sumqayıt” - “Qəbələ” matçını stadiondan izlədiniz. Oyun haqda fikirləriniz necədir?
- Oyuna yalnız 1 hissə baxa bildim. Təəssüflə qeyd edim ki, oyunçuların səviyyəsi çox da yüksək deyil.
- Əsas problem nədədir?
- Artıq çəki problemini qeyd etmək olar. Məncə, məşqçilər ilk növbədə futbolçuların artıq çəki problemini həll etməlidilər.
- Artıq 4 ildir ki, futbolçu karyeranızı başa vurmusunuz. Nəyə görə hələ də məşqçiliyə başlamamısınız?
- Mən hazırda şərhçilik edirəm. Eyni zamanda daha əvvəl idman direktoru kimi də çalışmışam. Müəyyən vaxtdan sonra məşqçiliyə başlayacam. Sadəcə, mən işimə çox peşəkar səviyyədə yanaşıram. Birinci növbədə çalışdığım klubda heç kim işimə qarışmamalıdı. Kluba tam olaraq mən nəzarət etməliyəm. Həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalara. “Eskişehirspor”da çalışdığım müddətdə 2 istedadlı gənci üzə çıxarıb, onları yaxşı qiymətə satdıq.
- Şablon səslənsə də, soruşmalıyam: təklif olsa, Azərbaycanda çalışarsız?
- Təbii ki, çalışaram. Amma bayaq da dediyim kimi, şərtlərim çox ağırdı (gülür). Bütün bunlara razı olan klub rəhbəri olsa, Azərbaycanda işləyə bilərəm. Hazırda Türkiyədə də ciddi təkliflər almışam. Tezliklə yeni iş yerim müəyyənləşə bilər.
- Nə vaxta kimi Bakıda qalmağı planlaşdırırsız?
- Sabah (bu gün - red) günorta Bakını tərk edib, Türkiyəyə qayıdacağam.
Mənbə: Futbolxeber.az
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi