"Ən yaxşı oyunumuz idi" – Prosineçki

"Ən yaxşı oyunumuz idi" – Prosineçki
ÖLKƏ FUTBOLU 18 Noyabr 2015 / 00:06 7616
-  A +

"Birinci hissədə göstərdiyimi oyun indiyə qədərki ən yaxşı oyunumuz idi. Doğrudur, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım".
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Xorvatiyalı mütəxəssis bu görüşdə şans verdiyi gənc futbolçuların oyunundan razı qaldığını bildirib: "Komandam ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi. Müxtəlif səbəblərdən Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə mərhələdə Azərbaycana gələcək komandaları çətin oyun gözləyəcək".

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə