Noyabrın 17-də Moldova ilə keçiriləcək yoxlama matçı öncəsi Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bu gün jurnalistlərlə görüşərək, onların suallarını cavablandırıb.
- Qarşıdan gələn Moldova ilə yoldaşlıq oyunu haqda nə deyə bilərsiniz?
- Mənim üçün vacib oyundur. Bu oyunda əsas məqsədimiz qələbə qazanmaq və yaxşı futbol göstərməkdir. Heyətdə bir neçə itki var. Ancaq onsuz da mənim bir neçə futbolçunu sınaqdan keçirmək planım var idi. Rəşad Sadıqov bu görüşdə iştirak etməyəcək. Bəzi futboçular isə zədəsinə görə ümumiyyətlə toplanışa qatılmayıb.
- "Avro-2016"nın seçmə mərhələsində Bolqarıstanla matçdan sonra millimizin kapitanı Rəşad Sadıqovla karyerasını başa vurub-vurmayacağı ilə bağlı görüşünüz olacaqdı. Onunla bu barədə danışığınız oldumu?
- Rəşadla üç dəfə görüşmüşəm. Bu barədə söhbətimiz çox olub. Mən onun komandada qalmağını istəyirəm. Ancaq yekun qərarı özü verməlidir.
- Hazırda U-21 və U-19 yığmaları Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirir. Bu yığmalarda əsas komandaya kömək edəcək futbolçular varmı?
- Təbii ki, bu yığmaların son nəticələri heç kimi razı sala bilməz. U-19 oyununu izləmişəm. İmkan olsa bu gün U-21 millimizin Almaniya ilə matçına baxacam. Hazırda həm U-19, həm də U-21 yığmalarında əsas komandada oynaya biləcək futbolçu görmürəm.
- Eddi İsrafilovu niyə yığmaya çağırmadınız?
- "Eybar"ın bu gün yoxlama görüşü var. İspaniya klubunun baş məşqçisi mənimlə əlaqa saxlayaraq, İsrafilovu yığmaya çağırmamağımı xahiş etdi. Əsas məsələ İsrafilovun "Eybar"da möhkəmlənməsidir ki, sonradan biz də onun xidmətindən yararlanaq.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər