A Seriya təmsilçisinin baş məşqçisi dəyişdi

A Seriya təmsilçisinin baş məşqçisi dəyişdi
XƏBƏR 3 Noyabr 2015 / 16:29 2478
-  A +

İtaliya A Seriya təmsilçisi "Karpi" baş məşqçisi Cüzeppe Sanninonu istefaya göndərib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın son nəticələrindən narazı qalan rəhbərlik Sannino ilə yolları ayırmaq qərarına gəlib.

Baş məşqçi vəzifəsinə bu ilin sentyabrın 28-də istefaya göndərilmiş Fabrisio Kastori gətirilib. "Karpi" məhz Kastorinin rəhbərliyi altında ötən mövsüm A Seriyasında oynamaq hüququ əldə edib.

Qeyd edək ki, "Karpi" A Seriyasında geridə qalan 11 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq