Şahin Diniyev “Kəpəz”i qəhrəman adlandırdı

Şahin Diniyev “Kəpəz”i qəhrəman adlandırdı
XƏBƏR 1 Noyabr 2015 / 22:11 7364
-  A +

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 11-ci turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, komandası ilə fəxr etdiyini deyib:

- Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Matçdan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq.


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner