“Qəbələ” – “Kəpəz” oyunu yenə təxirə salına bilər

“Qəbələ” – “Kəpəz” oyunu yenə təxirə salına bilər
XƏBƏR 1 Noyabr 2015 / 16:38 7176
-  A +

Qatı duman səbəbindən ötən gün yarımçıq dayandırılan və bu gün keçirilməli olan “Qəbələ” – “Kəpəz” oyunu yenidən təxirə düşə bilər.

Klubdan Qol.Az-a verilən məlumata görə, hazırda Qəbələdə dumanlı hava şəraiti hökm sürür. Matçın baş tutub-tutmamsı oyun saatına yaxın bilinəcək.

Xatırladaq ki, ötən gün keçirilən oyunda meydanda görmə məhdudlaşdığı üçün görüşün baş hakimi Əliyar Ağayev 30-cu dəqiqədə matçı yarımçıq dayandırıb. Qarşılaşmanın bu gün saat 20:00-da 30-cu dəqiqədən davam etdirilməsinə qərar verilib. 

Son xəbərlər