“Monako”nun baş məşqçisi Leonardo Jardim “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bu matç komandası üçün mühüm əhəmiyyət kəsb edir.
Daha sonra o, mətbuat konfransında bunları deyib:
- “Qarabağ”ı qiymətləndirmək lazımdır. Amma mən bunu görmürəm. Çünki mətbuat konfransında jurnalistlərin azlığı (cəmi dörd nəfər – red.) bunu sübut edir. Biz futbolda köhnəyik. “Qarabağ”ın oyununa bələdəm. Bu komanda 4-5 dəfə Azərbaycanı Avropa kuboklarında təmsil edib. Bu mövsüm onlar İsveçrə “Yanq Boys”una iki, Belçika “Anderlext”inə isə bir dəfə qalib gəlib. Biz sabahkı (bugünkü – red.) matçda mütləq qalib gəlib üç xal qazanmalıyıq. Bu matç bizim üçün vacib, hətta deyərdim ki, həlledicidir.
- Siz doğrudan belə fikirləşirsiniz?
- Bəli, həlledicidir. Əgər qələbə qazansaq, qrupdan çıxmağa yaxınlaşacağıq. Bu sözləri eyni zamanda bizim rəqibimiz barədə də söyləmək olar. Biz ancaq qələbəyə oynayacağıq.
- Fransa liqasında “Lion”la matçdakı heç-heçədən (1:1) sonra komandada ab-hava necədir?
- Komadamız həmin matçda əla oyun sərgilədi. Həmin oyunu “Qarabağ”la görüşdə də davam etdirməliyik. Bu halda qələbə qazanmaq şansımız da çox olacaq. Komadamız hələ də oz meydanımızda “Lion”a qalib gələ bilmədiyimizə inanmır. Amma əsas odur ki, “Qarabağ”la oyuna yaxşı köklənək. Azarkeşlərimizin də dəstəyi vacibdir.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi