«Milli komandanın baş məşqçisi Berti Foqts təcrübəli mütəxəssisdir və boşuna plan qurmur. Martda Rusiya milli komandasına qarşı keçirəcəyimiz önəmli görüş onun üçün də prinsipial əhəmiyyət daşıyır. Əlbəttə, toplanışın qışa planlaşdırılması klubların, o cümlədən bizim də hazırlığımıza təsir göstərəcək. Rahid Əmirquliyev toplanışın əvvəlini, daha bir neçə futbolçumuz isə sonunu komandayla birgə bizimlə keçirə bilməyəcək. Bu çox arzuolunmaz haldır». Qol.Az-ın məlumatına görə, bu sözləri «Xəzər-Lənkəran» klubunun baş məşqçisi İqor Ponomaryov klubun rəsmi saytına açıqlamasında bildirib. Bununla belə o deyib ki, millinin hər şeydən vacib olduğunu anlayırlar: «Bu səbəbdən futbolçularımızın millinin düşərgəsinə yollanmasını əngəlləməyəcəyik. Amma həm də arzu edirik ki, cənab Foqts qarşıdakı təlim-məşq toplanışlarının vaxtını müəyyənləşdirərkən bizimlə məsləhətləşəcək və optimal qərar qəbul ediləcək».
Qeyd edək ki, milli komandamız yanvarın sonu təlim-məşq toplanışı keçirmək üçün bir araya gələcək və bu tədbir fevralın 12-dək davam edəcək. Bu isə o deməkdir ki, milliyə dəvət alacaq futbolçular klubların heyətinə ikinci dövrənin startına iki gün qalmış dönə biləcəklər. Artıq bir sıra yerli klubların baş məşqçiləri milli komandanın təlim-məşq toplanışının vaxtıyla bağlı kəskin narazılığını bildiriblər. Lakin AFFA-nın baş katibi Elxan Məmmədov toplanışın istənilən halda keçiriləcəyini bildirib və klubların futbolçularına əngəl yaratmayacağına inandığını deyib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki