Bakı “İnter”inin futbolçusu Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqamızın son turunda doğma meydanda “Qarabağ”a uduzdunuz. Əvvəlcə bu görüşlə bağlı fikirlərini öyrənək...
- Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Rəqibimiz son iki ilin çempionu idi. Oyunu təhlil etmişdik. Bilirdik ki, “Qarabağ”la oynamaq asan deyil. Ancaq biz belə uduzmalı deyildik. Bu cür məğlubiyyət bizə yaraşmır. Əfsuslar olsun ki, heç nədən iki futbolçumuz qırmızı vərəqə aldı.
- Hakimin matçın sonuna yaxın verdiyi qərarlar daha çox mübahisəli oldu.
- Hakimin qərarları mənə çox müəmmalı gəldi. Özünüz də gördünüz ki, qapımıza yersiz penalti zərbəsi təyin edildi.
- Amma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun göstərişi ilə Elvin Məmmədov zərbəni kənara vurdu.
- Biz ona minnətdarıq. Qurban Qurbanov hakimlərə demək istədi ki, mənə belə qol lazım deyil. Qurbanov tək Elvin Əsgərova yox, bütün Azərbaycana gösdərdi ki, onun komandasının belə penaltilərə ehtiyacı yoxdur. Həqiqətən bu gün “Qarabağ”ın heç bir köməyə ehtiyacı yoxdur. Çünki bu komandanın heyətində çıxış edən bütün futbolçular güclüdür. Qurbanovun jesti yerinə düşdü.
- İndiyədək belə hadisə ilə qarşılaşmışdın?
- Yox. İlk dəfə belə halla rastlaşırdım. Həqiqətən bizə ləzzət elədi. Oyundan sonra Elvin Məmmədova zəng vurdum, həm ona, həm də Qurban Qurbanova klubumuz adından təçəkkür etdim.
- Elvin Məmmədov penalti zərbəsini yerinə yetirənədək onun topu qırağa vuracağını bilirdiniz?
- Son anda Elvin mənə dedi ki, zərbəni qırağa vuracaq. Dedi və bunu etdi. O ana qədər bunu gözləmirdik. Əlbəttə ki, yaxşı mənada təəccübləndik. Bu hərəkəti hər adam etməz.
- Elvinin topu qırağa vurması sizə necə təsir etdi?
- Biz bilirdik ki, orada penaltidən söhbət gedə bilməz. Qurban Qurbanov düzgün addım atdı. Həmin jest bizə yox, hakimə təsir etməlidir.
- Zərbədən sonra hakimə bir daha irad bildirdiniz?
- Oyundan sonra hakimə yaxınlaşıb dedim ki, bizim komandamızın sponsoru yoxdusa, bu o demək deyil ki, sən bizi sıxışdırmalısan. Biz də bu ölkənin komandasıyıq. Əlbəttə, emosiyalar var idi. Amma hamı onunla necə sakit danışdığımı gördü.
- Penalti zərbəsi qol olmasa da, hər halda “İnter”in iki aparıcı futbolçusu qırmızı vərəqə aldı.
- Bizə də təsir edən odur. Bir neçə futbolçumuz zədəlidir. İki qırmızı vərəqə də dünənki oyunda oldu. Bəs “Sumqayıt”la görüşdə necə oynayacağıq? Bir tərəfdən maliyyə problemi, bir tərəfdən da hakim ədalətsizliyi... Biabırçılıqdır.
- Üstəlik dördüncü pilləyə düşdünüz.
- Dördüncü pillədə gediriksə, bu, böyük işdi. Bu cür qayğı ilə sonuncu pillədə deyiliksə, bizə əhsən düşür.
- Klub rəhbərliyi maliyyə məsələsi ilə bağlı hər hansı bir vəd verir?
- Heç bir vəd verən yoxdur. Hər şeydən xəbərsizik. Dedilər çempionatı yola verin, yaxşı olacaq. Sonra dedilər Avroliqanı yola verin, yaxşı olacaq. İndi də deyirlər yanvara kimi dözün. Klub dağılsa, işimizi bilərdik.
Ramiq AĞAMƏMMƏDOV
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video