“Bu gün millimiz Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacaq. Xorvatiya millisi çox sürətli oyun nümayiş etdirir. Yığmamız belə rəqiblərə qarşı oyunda çətinlik çəkir”.
Bu sözləri Qol.Az-a açıqamasında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev millimizin “Avro-2016”nın seçmə mərhələsində bu gün Xorvatiya ilə qarşılaşacağ oyun haqda danışarkən deyib.
Millimizin sabiq çalışdırıcı komandamızın yaxşı nəticə qazanmasına ümidinin az olduğunu bildirib:
“Xorvatiya elə bir rəqibdir ki, ümidli danışmaq olmur. Ancaq görüşün başlanğıcına qədər az da olsa şansımızın olduğunu demək olar. Prosineçki üçün həmyerlilərinə qarşı oyun əlavə motivasiya yaratmalıdır. O, bütün bacarığını ortaya qoyacaq, özünü sübut etməyə çalışacaq. Baş məşqçimizin Xorvatiya futboluna yaxşı bələd olması da üstünlüyümüzdür”.
Cari seçmə mərhələdə millimizin bu rəqibinə Xorvatiyada 0:6 hesabı ilə uduzmasını xatırladan Ş.Diniyev bugünkü görüşdə acı məğlubiyyətin olacağına inanmadığını qeyd edib: “Belə bir məsəl var ki, bomba eyni yerə iki dəfə düşmür. Mən də inanmıram ki, komandamız yenidən Xorvatiyaya böyük hesabla uduzsun. Əksinə, həmin qələbə xorvatları arxayınlaşdıra bilər ki, komandamız da bunda istifadə etməlidir. İçimdə bir inam var ki, yığmamız ən azı gözəl futbol sərgiləyəcək. Millimizdə Xorvatiyadakı acı məğlubiyyətdən bu yana bəzi müsbət dəyişikliklər görürük. Malta üzərində qələbə, Norveçdən xal almağımız futbolçularımızda özünəinamı qaytarmalıdır”.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun