“Neftçi” komandasının hücumçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- “Neftçi”nin birinci dövrədəki çıxışları barədə nə deyə bilərsən?
- Flaqman adına layiq çıxış etmədi. Turnir cədvəlinə baxaq, “Neftçi” neçənci yerdədir? Əvvəllər liderlər qrupunda olan bir komanda indi son pillələrdə yer alıb. Təəssüf ki, “Neftçi” tarixində ən acı günlərini yaşayır. Komandanın hazırkı yerinə baxanda adam utanır.
- Bu gedişlə 17-ci çempionatda “Neftçi”dən nə gözləmək olar?
- Komandanın qarşısına kuboku qazanmaq qoyulub. Bunun üçün də yeni transferlər ediləcək. İnşallah, komandamız tez bir zamanda əvvəlki gücünü geri qaytarar. Bunun üçün biz futbolçular əlimizdən gələni edəcəyik.
- “Neftçi”nin pis çıxış etməsinə səbəb kimi aparıcı futbolçuların komandadan çıxarılmasını düşünmək olarmı?
- Təbii ki, elədir. Klubun aparıcı futbolçuları əvəzedici heyətə göndərildi. Oyunçular da orada çıxış etməkdən imtina etdilər. Arada isə ən böyük zərbə “Neftçi”yə dəydi. Doğma komandamız zəif çıxışı ilə diqqət mərkəzinə düşdü.
- Baş məşqçi Yurgen Gedenin bu addımına necə qiymət vermək olar?
- Mən əvvəllər çox baş məşqçinii tənqid etmişəm. İndi isə heç bir şey demək istəmirəm. Bu, çalışdırıcının səlahiyyəti daxilindədir. Buna futbolçunun münasibət bildirməsi düzgün deyil.
- Gedenin gəncləşdirmə siyasətinə münasibətiniz necədir?
- Əslində, Gede gənc komanda yaratmayıb, sadəcə, məcburiyyətdən gənclərə şans verib. Çünki klubun aparıcı futbolçuları komandadan çıxarılmışdı.
- Çempionatın birinci dövrəsində öz çıxışını necə qiymətləndirərdin?
- Mən oynadım ki, qiymət də verim? İki-üç matçda meydanda oldum. Zədəm mənə imkan vermədi ki, komandama kömək edim.
- İndi zədən necədir?
- Artıq sağalmışam, məşlər də edirəm. İnşallah, komandamızın yanvar ayındakı təlim-məşq toplanışında iştirak edəcəyəm. Çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim. Bununla da əvvəlki formamı qaytarmaq şansına yiyələnəcəyəm.
- Hər halda klubunda oynamadığına görə milli komandaya da dəvət almırsan.
- Əlbəttə, gərək futbolçu öz klubunda oynasın. Daha sonra yığma komandanın məşqçiləri onu milliyə dəvət etsinlər. Əgər Samir bu gün oynasa, Berti Foqts onu necə milliyə çağıracaq? Allahın köməkliyi ilə gələcəkdə öz formamı qaytarsam, inanıram ki, alman məşqçi mənə də şans verər.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki