"Simurq"un icraçı direktoru Vaqif Əliyev yeni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etməyəcəklərinə münasibət bildirib.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, o bildirib ki, Premyer Liqanın 2015/2016 mövsümünün püşkatmasında iştirak etməyəcəyi xəbərini Peşəkar Futbol Liqasının Texniki Departamentinin rəisi Zamiq Hüseynovdan alıblar:
"Mətbuatdan oxudum ki, iyulun 21-də püşkatma olacaq. Onunla söhbətimiz zamanı tədbir vaxtının bizə nəyə görə deyilmədiyini soruşdum. Zamiq bildirdi ki, "Simurq" püşkatmada iştirak etməyəcək. Bu, bizə əsl bayram "hədiyyəsi" oldu".
Klub rəsmisi hazırda komandada qalan futbolçuların taleyinin müəmmalı olduğunu söyləyib:
"Bir aydan sonra çempionat başlayır. Bizə deyirdilər ki, gözləyin. İndi vaxtilə başqa komandalardan təklif alan məşqçi və futbolçular qalıb. Əvəzedicilərdə güclü oyunçularımız var. Onlar hansı komandaya gedə biləcəklər?"
V.Əliyev onu da qeyd edib ki, komandanın ev oyunlarını keçirdiyi Zaqatalada yerləşən stadion klubun nəzdindən çıxarılıb və işçilər vəzifələrindən azad ediliblər.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi