"Bakı"nın vitse-prezidenti Tunc Afşarın Qol.Az saytına müsahibəsi
- Tunc bey, Ramal Hüseynovun "Giresunspor" komandasına keçidində problem yaranmışdı. Bu məsələyə nə vaxt aydınlıq gələcək?
- "Giresunspor" rəhbərliyinin Ramala verdiyi məbləğ futbolçunu razı salmırdı. Buna görə də onun türk klubuna keçidində problem yarandı. Ancaq yaxın günlərdə "Giresunspor"un meneceri yenidən Hüseynovla görüşdü. Onlar Ramala bu dəfə başqa məbləğ təklif etdilər. Ancaq verilən pul yenə "Bakı"lı futbolçunu razı salmadı. Buna görə də onun məsələsi açıq qalır. Inşallah, sabah hər şeyə aydınlıq gələcək. Qarşı tərəf bir daha Ramal Hüseynovla görüşəcək.
- "Bakı"ya yeni futbolçular gətirəcəksiniz?
- Bəli, artıq dörd futbolçu ilə söhbətim olub. Bunların adlarını isə hələ deyə bilmərəm. Ad açıqlayanda bizim üçün problem yaranır.
- Deyəsən, futbolçu ilə gizli söhbət aparırsınız.
- Yox, oyunçu ilə deyil, meneceri ilə söhbətim olub. Nə o, Türkiyə mətbuatına açıqlama verir, nə də mən azərbaycanlı jurnalistlərə bu baradə danışıram.
- Daha çox hansı mövqedə oynayan futbolçuya ehtiyacınız var?
- Bizə əsasən hücumçu və yarımmüdafiəçi lazımdır. Danışıq apardığımız oyunçuların ikisi hücumçu, ikisi isə hücumameyilli yarımmüdafiəçidir.
- Həmin futbolçular hansı klublarda oynayır?
- Mətbuatda belə məlumat yayılıb ki, mən "Trabzonspor" və "Eskişehirspor"da forma geyən oyunçularla danışıq aparıram. Amma bunlar yalnış informasiyadır. Özü də hər şeyi mənə istinadən yazırlar. Bu, düzgün deyil. Mən belə bir şey deməmişəm. Nəzərinizə çatdırım ki, həmin dörd futbolçu süperliqdə mübarizə aparır. Konkret olaraq bunlar süperliqdə turnir cədvəlində ilk 10 komandada oynayan futbolçulardır.
- Danışıq apardığınız futbolçular nə vaxt "Bakı"nın düşərgəsində olacaq?
- Inşallah komandamız Antalyada təlim-məşqdə olduğu zaman.
- "Fənərbaxça"nın futbolçusu Tümer Metinində "Bakı"ya keçməyə razılıq verdiyi deyilir?
- Düzdür, mən Tümer Metinin meneceri Tahir Hüsnü ilə danışıq aparmışam. Demək olar ki, Tümər Azərbaycana gəlməyə razılıq verib. İnşallah danışıqlarımızın maddi tərəfi də istədiyimiz kimi alınar.
- Qol.Az saytının əldə etdiyi məlumatlara görə, "Bakı" Tümer Metinə 400 min ABŞ qolları təklif edib?
- Biz onunla maddi məsələləri söhbət etməmişik. Transfer qiyməti ilə bağlı yanvar ayının ilk günləri danışıq aparacağıq.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki