Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistanın "Alaşkert" komandasının Qazaxıstan "Kayrat"ı ilə səfərdə keçirəcəyi futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinat almasını şərh edib.
Qol.Az-ın məlumatına görə, A.Xudiyev "Report"a açıqlamasında Qazaxıstan və Ermənistan təmsilçilərinin görüşündə ardıcıl ikinci il iş başında olacağını söyləyib.
"İlk dəfə keçən il "Astana" - "Pünik" oyununda idim. Yenidən təyinat almağımı təsadüfi sayıram. Amma mənim oyuna aidiyyatım yoxdur. Nəticə də məni maraqlandırmır. Çünki yalnız hakimlərin işinə qiymət verirəm. Oyunda kimin qələbə qazanıb, kimin uduzacağı ilə maraqlanmıram. İşim hakimləri qiymətləndirməkdir" deyə sabiq futbolçu və FİFA referisi bildirib.
O, iyulun 16-da Almatıda keçiriləcək matça bir gün tez yollanacağını əlavə edib.
Qeyd edək ki, Asim Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?