"Çox həyəcanlı və gərgin matç izlədik. Bütün stadion ayaqüstə “Qəbələ”yə layiq qələbəni gözləyirdi”.
Bu sözləri Qol.Az-aAzərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Avropa Liqasının I təsnifat mərhələsinin “Qəbələ” ilə “Dinamo” arasında keçirilən cavab oyunundan (2:0) sonra deyib.
"Qəbələ"nin qalib gələrək növbəti mərhələyə yüksəlməsini böyük sevinclə qarşılayan tanınmış idmançı komandanın uğurunda klub rəhbərliyinin rolunu xüsusi qeyd edib:
“Qəbələ”yə təşəkkür edirik ki, bu sevincli anları bizə yaşada bildi. Ən əsası komandamız bu gün bütün Qəbələyə bayram əhval-ruhiyyəsi bəxş etdi. İlk öncə bütün Azərbaycan xalqına təşəkkür edirəm ki, hansı idman növündən asılı olmayaraq bütün idmançılarımızı belə gözəl dəstəkləyirlər. Bu, bizə əlavə güc verir. Klub prezidentimiz Tale Heydərova da xüsusi təşəkkür düşür. O, heç bir idman növünü ayırmadan xüsusi diqqət yetirir. Tale Heydərov əsl Azərbaycan övladıdır".
F.Məmmədov "Qəbələ” İdman Klubunun nəzdində mindən çox Azərbaycan övladı sağlam həyat tərzi sürdüyünü bildirib:
"Bunun özü də bir uğurdur. Bu klubun gənclərinin gələcəkdə Azərbaycan idmanına töhvəsi də böyük olacaq. Azərbaycan idmanı hər zaman öndə olacaq”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr