"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki. Avropa Oyunlarının atletləri. Xanımlar və cənablar. İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmvətənlər! Birinci Avropa Oyunların uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm! Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çox saylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram".
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bunu Azərbaycanın birinci xanımı, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
Mehriban Əliyeva qeyd edib: "Əziz dostlar, ilk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi".
"Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri vurğulayıb ki, son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq: "Mən Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir. Mən bu Oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddaqalan idman festivalına çevirdiyinizə görə minnətdaram. Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar sizin Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən ilhamlandırır. Hamınızı təbrik edirəm.
Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezident cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm".
Mehriban Əliyeva Oyunların Təşkilat Komitəsinin üzvlərinə və bütün beynəlxalq tərəfdaşlara nümayiş etdirdikləri sadiqliyə və fəaliyyətə görə minnətdarlığını bildirib: "Avropadan öz komandalarına dəstək vermək məqsədilə gəlmiş çoxsaylı sədaqətli azarkeşlərə təşəkkür edirəm. Siz qələbələri qeyd etdiniz. Siz məğlubiyyət zamanı təsəlli verdiniz. Siz Oyunlar üçün istək, çoşqu və dostluq mühitini yaratdınız.
Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız "Bakı-2015" ruhunu canlandırmaqda bizə yardımçı oldu. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var. Xarici könüllülərimizə də çox sağ ol deyirik. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman, dostluq festivalının bir hissəsi olasınız. Biz sizsiz darıxacağıq və ümid edirəm ki, yenidən gələcəksiniz".
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan öz qollarını və ürəyini Avropaya açıb: "Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Gələn il Bakıda 42-ci Şahmat olimpiadası və “Formula-1” Avropa Qran-Pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. Atletlər, sağ olun! Dostlar, sağ olun! Azərbaycan, sağ ol!".
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi