İyunun 24-ü Avropa Oyunlarının Kristal Zalda keçirilən boks yarışında Azərbaycanın hesabına növbəti bürünc medalı Tayfur Əliyev yazdırdı. Milli Olimpiya Komitəsində təşkil olunan növbəti “Zəfər günləri”nin qonağı olan idmançımız Qol.Az saytının bir neçə sualını cavablandırıb
- Tayfur, Avropa Oyunlarında bürünc medal qazanmaq böyük nailiyyətdir. Yarışlara necə hazırlaşırdın?
- Əslində yarışlara keçən ildən hazırlaşırdıq. Amma yanvar ayından etibarən daha ciddi məşq etməyə başadım. Son iki aydır ki, müxtəlif xarici ölkələrdə təlim-məşq toplanışlarında olurduq. Şükürlər olsun ki, bütün bunlar öz bəhrəsini verdi.
- Bu yarışın vətənimizdə keçirilməsinin sənin çıxışlarına müəyyən təsiri oldumu?
- Əlbəttə. Nəzərinizə çatdırım ki, azarkeş dəstəyi idmançının çıxışlarına təsir edən ən mühim amillərdən biridir. Sağolsunlar ki, həmvətənlərimiz bizi tək qoymadılar, arenalara gəldilər. Hər dəfə növbəti zərbə üçün əlimi qaldıranda alqış səsləri məni daha da ruhlandırırdı. Buna görə onlara minnətdaram. Təbii ki, bu yarış başqa ölkədə olsaydı, azarkeş dəstəyi belə çox ola bilməzdi.
- Çıxışlarından razı qaldınmı?
- Belə bir böyük idman tədbirində birinci dəfədir ki, iştirak edirdim. Bunu nəzərə alaraq çıxışımdan razı qaldım. Zənnimcə, nəticəm məşqçilərimi də qane elədi.
- Bəs çempion olmağına nələr mane oldu? Səhvlərin çox oldu yoxsa başqa amillər son çıxışına təsir göstərdi?
- Çempion ola bilmədimsə, deməli, səhvlərim oldu. Amma yəqin ki, yarımfinalda həyəcan da özünü göstərdi. Çalışacam ki, 2017-ci ildə vətənimizin ev sahibliyi edəcəyi İslam Oyunlarına qədər səhvlərimi düzəldim, həyəcanı isə ümumiyyətlə özümdən uzaqlaşdırım.
- İlk Avropa Oyunlarında keçirdiyin görüşlərdə sənin üçün ən yaddaqalan döyüş hansı oldu?
- Yarımfinalda rusiyalı rəqiblə keçirdiyim döyüş. Zənnimcə, rəqibim ədalətsiz qələbə qazandı. Bütün görüş boyu o sadəcə məni yormağa və zədələməyə çalışırdı. Mərdliklə, açıq döyüşmürdü. Qarşılaşma başa çatandan sonra hakim tərəfindən rəqibimin əli qalxması məni təəccübləndirdi.
- O an hansı hissləri keçirdin?
- Təəccübləndim və məyus oldum. Amm nə demək olar, bu idmandı. İdmanda hər şeyə hazır olmalısan.
- Digər boksçularımızın çıxışları haqda nə deyə bilərsən?
- Bütün boksçularımızın çıxışlarından razı qaldım. Ümumilikdə 15 boksçumuzdan 11-i medal qazanıb. Bu çox yaxşı nəticədir.
- Səncə, ilk Avropa Oyunları başa çatdıqdan sonra Azərbaycan üçün nələr dəyişəcək?
- İlk növbədə ölkəmizdə idmanın kütləviliyi artacaq. Azərbaycan həmişə ön sıralarda olduğunu bir daha təsdiqləyəcək. Hamı görəcək ki, biz böyük uğurlara qadirik.
Kənan NOVRUZOV
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi