Millimizin baş məşqçisi: "Üzərimizdə psixoloji təzyiq var idi"

Millimizin baş məşqçisi: "Üzərimizdə psixoloji təzyiq var idi"
BAKI-2015 27 İyun 2015 / 19:52 4186
-  A +

"Təəssüf ki, oyun istədiyimiz kimi keçmədi. İlk setdə qalib gəlsək də, serblər hər dəfə hesabı bərabərləşdirdilər. Medal qazanmaq istəyirdik, ancaq  alınmadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi  Aleksandr Çervyakov "Bakı-2015" Birinci Avropa Oyunlarında Serbiyaya uduzduqları  matçdan (2:3) sonra deyib.

O, voleybolçularının pis oyun göstərmədiyini bildirib:

"Komanda oyunu nümayiş etdirdik. Qarşıda çoxsayda turnirlər var. Həmin yarışlarda yaxşı oynamalıyıq. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik".


Millinin baş məşqçisinin sözlərinə görə, üzərlərində psixoloji təzyiq var idi:

"Voleybolçulara  belə təzyiq altında oynamaq çətin oldu. Belədə səhvlərə yol verdik".


A.Çervyakov bildirib ki, ilk növbədə bloklar üzərində işləmək lazımdır:

" Psixoloji cəhətdən də hazırlaşmalıyıq. Çünki səhv edən kimi, psixoloji baxımdan özümüzü itiririk. Qızlar bir-birlərinə dəstək olmağa çalışsa da, bu, onlarda alınmır. Ona görə də psixoloji durumu qaydasına salmaq lazımdır. Güclü rəqiblərlə oynamalıyıq ki, belə durumlara düşməyək".

 

 

 


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner