“Kəpəz”in baş məşqçisi Şahin Diniyev seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində keçirilən iki yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, təcrübəli məşqçi Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası ilə 1:1 hesablı heç-heçəni və “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni belə şərh edib:
“Əvvəlcə seleksiya toplanışının ilk günündən futbolçuların üzərində əməyi olan köməkçilərimə minnətdaram. Tovuz təmsilçisi ilə görüşdə onların işi göründü. Birinci matça nisbətən ikinci qarşılaşma daha maraqlı oldu. Çətin olsa da, komandanın hər iki oyuna gücü çatdı. İki günə eyni sayda oyun keçirmək ağırdı. Birinci seleksiya işimiz artıq yekunlaşdı. Gəncədən bir neçə futbolçu seçmişik, onların adını və sayını hələlik açıqlamaq istəmirəm. Bəyəndiklərimiz iyulun 1-dən Bakıda toplanışda bizə qoşulacaqlar".
Şahin Diniyev bütün çətinliklərə baxmayaraq məqsədlərinin komandaya gəncəli futbolçu qazandırmaq olduğunu açıqlayıb. O, bu yolda yorulmadan çalışacaqlarını bildirib: "Çatışmazlıqlar var, çox işləyib bunu aradan qaldırmalıyıq. Gəncəli oyunçuların inkişafına fikir verməliyik. Çalışacağıq ki, bir müddətdən sonra yerli uşaqlar komandanın əsas heyətində oynaya bilsinlər. Gəncə futbolunun potensialı var. İşləyə-işləyə gəncləri ayağa qaldırmalıyıq. Bu yolda məşqçilər, futbolçular və klub rəhbərliyi birgə fəaliyyət göstərməlidir".
Komandamızın baş məşqçisi “Qəbələ” ilə oyundan sonra azarkeşlərlə görüşü haqda da danışıb: "Fanatlarla görüşəndə həm sevindim, həm də bir az kədərləndim. Nostalji hisslər yaşadım. 10 il bundan öncə Gəncəni xoş duyğularla tərk etmişdim. Yenidən həmin azarkeşləri görəndə şad oldum. “Kəpəz” azarkeşləri tam fərqlidir. Onlar futbolu yaxşı başa düşəndirlər. Bu fanatları aldatmaq mümkün deyil. Ümid edirəm ki, belə görüşlərimiz bundan sonra qələbə əhval-ruhiyyəsində olacaq”.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı