Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qol.Az-ın "Trend.az"a istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin Baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Spyros Capralos daxildir.
Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırıb: "Dünən siz paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi".
Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə dərin minnətdarlığını bildirən dövlətimizin başçısı həqiqətən də İlham Zəkiyevə qızıl medalın təqdim etmə mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğulayıb. İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlətimizin başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirib: "O məni podiuma dəvət etdi və mən böyük məmnunluqla bunu etdim” deyən prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu deyib.
Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikki İlham Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını vurğulayıb.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, Birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbdən minnətdarlığını bildirib. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən Patrik Hikinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini qeyd edib.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin Koordinasiya komissiyasının sədri Tsipros Kapralosa və Avropa Olimpiya Komitəsi icraiyyə komitəsinin bütün üzvlərə bu möhtəşəm, unudulmaz İlk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirib.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic dedi: "Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülər üzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu qədər gülər üzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdim etmə mərasimində onun Azərbaycan himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O əsl vətənpərvərdir. Biz sizin insanlarınızın və şəxsən sizin Birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”.
Dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın əməyini və xüsusilə də gənc könüllülərin peşəkarlığının və yüksək əhval-ruhiyyəsinin onda da böyük təəssürat yaratdığını deyib. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya Komitələrinin Prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi