"Qəbələ" "İnter"lə bərabərə qaldı

"Qəbələ" "İnter"lə bərabərə qaldı
ÖLKƏ FUTBOLU 28 İyun 2015 / 00:01 5745
-  A +

2015-2016 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası Bakı “İnter”i ilə qarşılaşıb.

Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olub. İyunun 24-də baş tutan görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi – 1:0.

Qəbələ şəhər stadionunda keçirilən ikinci görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1:1 bərabərliklə ayrılıb. "İnter"dən 8-ci dəqiqədə Raul Əliyev, "Qəbələ"dən isə 70-ci dəqiqədə Cavid Hüseynov fərqlənib. 

Xatırladaq ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər