"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün həm yarımfinal, həm də final görüşləri keçirilib.
Azərbaycanın 6-sı kişi, biri qadın olmaqla 7 boksçusu rinqə çıxıb Bunlardan ikisi qızıl medal uğrunda yarışıb.
Qeyd edək ki, dünən boksçularımızdan Teymur Məmmədov finalda italiyalı Valentino Manfredoniaya qalib gələrək boks yığmamıza ilk qızıl medalı qazandırıb.
26 iyun
Kişilər
52 kq
Bu çəki dərəcsində mübarizə aparan Elvin Məmişzadə bu gün boks yığmamıza ikinci qızıl medalı qazandırıb. O, həlledici görüşdə italiyalı Vinçenzo Pikkardini ilə qarşılaşıb. Elvin Məmişzadə rəqibini 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Bu, ölkəmizin "Bkı-2015"dəki 16-cı qızılı olub.
60 kq
Yığmamızın üzvü Albert Səlimov finala yüksəlmək uğrunda mübarizə aparıb. Onun rəqibi Sin Makkombu (İrlandiya) olub. Səlimov rəqibinə 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək finala adlayıb. O, həlledici görüşdə fransalı Sofian Oumina döyüşəcək. Səlimovun rinqə sabah, saat 18:15-də çıxacağı gözlənilir.
64 kq
Qızıl medal uğrunda yarışan digər boksçumuz Lorenzo Sotomayor olb. O, həlledici görüşdə London Olimpiyadasının bürünc mükafatçısı Vinçenzo Manqiakapre (İtaliya) ilə qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn boksçumuz Azərbaycana 17-ci qızıl medalı qazandırıb.
69 kq
Millimizin qızıl medal ümidi olan Pərviz Bağırov yarımfinal döyüşünə çıxıb. O, finala gedən yolda böyük britaniyalı Joş Kelli ilə qarşılaşıb. Bu görüşdə rəqibini 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə məğlub edən boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Rusiya idmançısı Aleksandr Besputinlə üz-üzə gələcək. Döyüşün sabah, saat 18:45-də başlayacağı gözlənilir.
75 kq
Yığmamızın digər üzvü Xaybula Musalov da yarımfinal görüşündə qüvvəsini sınayıb. O, bu mərhələdə macarıstanlı Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 2:1 (29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanan Musalov finalda döyüşmək hüququ əldə edib. O, qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl O'Reilli ilə döyüşəcək. Görüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir.
91 kq
Bu çəki dərəcəsində ölkəmizi Abdulqadir Abdullayev təmsil edir. O, finala vəsiqə uğrunda rusiyalı Sadam Maqomedovlə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) Abdullayev finala yüksəlib. O, qızıl medal uğrunda yarışda ukraynalı Qevorq Manukyanla döyüşəcək. Erməni əsilli boksçu ilə döyüşün saat sabah, saat 19:45-də başlayacağı gözlənilir.
Qadınlar
60 kq
Qadınların yarışında mübarizəsini davam etdirən Yana Alekseyevna yarımfinal döyüşünə çıxıb. O, finala vəsiqə uğrunda London Olimpiadasının qalibi Keti Teylorla (İrlandiya) qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2 (38:38!, 38:38!, 38!:38). Alekseyevna "Bakı-2015"i bürünc medalla başa vurub. Bu, boks yığmamızın qazandığı 5-ci medal olub.
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video
"Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar" - Qurban Qurbanov
“Aston Villa”dan əzmkar oyun, 4 cavabsız qol
"Qarabağ" "Neftçi"yə, “Sabah” “Kəpəz”ə qalib gəldi
“Sassuolo” səfərdə “Atalanta”nı darmadağın etdi
"Sabah" səfərdən 3 xalla qayıtdı - Video
Voleybol millimiz Türkiyəyə məğlub oldu
"Oyundan yox, nəticədən məmnunam" - Valdas Dambrauskas
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Qarabağ" - "Neftçi" - Heyətlər
“Real” Rüdiger ilə danışıqları dayandırdı
Yüksək Liqanın oyun cədvəli açıqlandı
Olimpiya çempionumuz İslamiadada finala yüksəldi
Messinin 400-cü assisti
"Kəpəz" braziliyalı oyunçu ilə yolları ayırdı
"Kəpəz" - "Sabah" - Heyətlər
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçildi
Azərbaycan klubundan Tanzaniya millisinə
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Messi dubl etdi, “İnter Mayami” 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Premyer Liqanın liderindən xal itkisi - Video
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video
Mahir 9 turdan sonra meydana çıxdı və zədələndi
Ronaldo qollarının sayını 953-ə çatdırdı
Renat ehtiyatda qaldı, komandası xal itirdi
“Bayer Leverkuzen”dən darmadağın - Video
“Traktor” öz meydanında uduzdu
“Tottenhem” - “Mançester Yunayted” matçında 4 qol - Video
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu
Millimizin üzvü 90 dəqiqə oynadı
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı