Millimizin üzvü rəsmən "Neftçi"də!

Millimizin üzvü rəsmən "Neftçi"də!
GÜNDƏM 23 İyun 2015 / 01:25 10339
-  A +

Avstriyada hazırlığını davam etdirən "Neftçi" daha bir futbolçunu transfer edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın üzvü Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq.

Futbolçu komandamızda 14 nömrəli formanı geyinəcək. Məhəmməd Qurbanovun yığma komandadakı karyerası 2008-ci ildə başlayıb. Həmin ildə Azərbaycanın U-17 komandasına dəvət edilmiş futbolçu Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxıb. Sonralar U-19 və U-21 milli komandalarımıza çağırılmış futbolçu qitə miqyaslı yarışların iştirakçısı olub. Bu ildən isə Məhəmməd Qurbanov əsas milli komandaya dəvət edilib.

Klub karyerasına Rusiyada başlamış Məhəmməd Qurbanov "Rostov" və "Taqanroq" klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb.

Daha çox


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq