Amil Qasımov: "Mən də olsaydım, belə edərdim"

Amil Qasımov: "Mən də olsaydım, belə edərdim"
BAKI-2015 22 İyun 2015 / 22:46 4684
-  A +

"Final görüşü öncəsi ayağımdan zədə almışdım. İstəmirdim ki, rəqibim bunu bilsin. Nə qədər gizlətməyə çalışsam da, Popov məhz həmin ayağıma ağrıdoğurucu fənd tətbiq edərək qalib gəldi".

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Avropa Oyunlarında sambo yarışında gümüş medal qazanan Amil Qasımov jurnalistlərə deyib.

A. Qasımov bildirib ki, 2 ay öncə məhz Stanislav Popovu Dünya kubokunda final görüşündə məğlub edib. Azərbaycanlı samboçu rəqibin görüşdən sonra onu çiyninə alaraq əlil arabasınadək aparmasına isə belə reaksiya verib:

"Sağ olsun, amma mən də olsaydım belə edərdim".

A.Qasımov qazandığı gümüş medalı Azərbaycan xalqına həsr etdiyini də əlavə edib.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi

15.09.25  16:51

FİFA-dan yeni qərar