"Qəbələ"dən daha bir rəsmi transfer

"Qəbələ"dən daha bir rəsmi transfer
GÜNDƏM 22 İyun 2015 / 16:01 8531
-  A +

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda serbiyalı futbolçu Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalayıb.

2014/2015 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış edən 28 yaşlı müdafiəçi Bakı “İnter”inə məxsusdur. Azərbaycan Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç “İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb.

Ölkəmizə gələnədək 5 il Serbiyanın “Partizan” klubunda çıxış edən Vojislav 2010-2015-ci illərdə Belqrad təmsilçisinin şərəfini qoruyub. Müdafiəçi karyerası ərzində “Dinamo” (Vranye, 2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovu transfer edib.

Daha çox


Son xəbərlər