Bu gün "Bakı-2015" Avropa Oyunlarında sambo yarışları keçirilir.
Qol.Az-ın məlumatına görə, həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayıb.
Azərbaycan bu yarışda 8 idmançı ilə təmsil olunub.
Kişilər
57 kq
Yığmamızın üzvü İslam Qasımov 1/4 finalda rumıniyalı Orlando Qruia ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə gürcüstanlı Vaxtanqi Çidraşvili ilə qarşılaşıb. Bu görüşdə 3:1 hesabı ilə qalib gələn Qasımov finala adlayıb. Təmsilçimiz həlledici görüşdə rusiyalı Aymergen Atkunovla üz-üzə gəlib.
Samboçumuz finalda 0:4 hesabı ilə məğlub olub.
74 kq
Bu çəki dərəcəsində ölkəmizi Amil Qasımov təmsil edib. Azərbaycanın ən böyük qızıl medal ümidi olan Amil 1/4 finalda Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Martin İvanovla qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən A.Qasımov finala vəsiqə qazanıb. İdmançımız həlledici görüşdə belaruslu Stepan Papovla qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
90 kq
Mübarizəyə 1/4 finaldan qoşulan Kənan Qasımov ilk görüşündə ukraynalı İvan Vasilçukla münasibətlərinə aydınlıq gətirib. Rəqibindən 2:0 hesabı ilə üstün olan Qasımov yarımfinala adlayıb. O, finala gedən yolda Rusiya təmsilçisi Alsim Çernosqulovla üz-üzə gəlib və rəqibinə 0:4 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə Davit Karbelaşvili ilə yarışıb. Bu görüşdə D.Karbelaşvili təmiz qələnə qazanıb.
+100 kq
Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə qüvvəsini sınayıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn samboçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə ukraynalı Razmik Tonoyanla qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Səfərbəyov finala adını yazdırıb. Samboçumuz həlledici görüşdə Artyom Osipenko (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirib. İdmançımız 0:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Qadınlar
52 kq
Qadın samboçularımızdan Nəzakət Xəlilova 1/4 finalda rumıniyalı Kodrina İonesku ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:1 hesabı ilə məğlub edən N.Xəlilova yarımfinala yüksəlib. Qadın samboçumuz finala gedən yolda litvalı Ruta Aksionova ilə görüşüb. Rəqibindən üstün olan (4:0) samboçumuz finala adlayıb. O, həlledici görüşdə rusiyalı Anna Karitonova ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub.
60 kq
Yığmamızın üzvü Şəhanə Hüseynova mübarizəyə 1/4 finaldan start verib. O, ilk görüşündə Yana Kostenko (Rusiya) ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Rusiya idmançısı finala qədər irəlilədiyi üçün Ş.Hüseynova təsəlliverici yarışlara qatılıb. Gürcüstanlı Şoreno Şaradzeyə 2:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. O, üçüncü yer uğrunda mübarizədə belaruslu Katsiarina Prakapenka ilə yarışıb və 0:4 hesabı ilə məğlub olub.
64 kq
1/8 finaldan azad olan Fəridə Qurbanova 1/4 finalda moldovalı Yekaterina Sretu üz-üzə gəlib. İdmançımız rəqibinə 0:4 hesabı ilə uduzub.
68 kq
Bu çəkidə ölkəmizi Nərminə Əlizadə təmsil edib. O, 1/4 finalda Belarus təmsilçisi Volya Nazamava ilə münasibətlərinə aydınlıq gətirib. N.Əlizadə ilk görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Əlizadənin rəqibi finala qədər irəlilədiyi üçün samboçumuz bürünc medal uğrunda mübarizəsini davam etdirəcək. O, üçüncü yer urğunda yarışda fransalı Selin Konde ilə üz-üzə gəlib. Bu görüşdə məğlub olan samboçumuz yarışı mükafatsız başa vurub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov